Rusiyanın hərbi texnikası Tiflisdə: Bakı hədəfdədir

“Rusiyanın hərbi yük maşınlarının Tiflisdə peyda olmasında birinci məqsəd Gürcüstanın Azərbaycanla münasibətlərini pozmaqdır”. Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü ekspert Gela Vasadze öz Feysbuk səhifəsində çıxış edib. O, rəsmi Tiflisin artıq öz ərazisini Rusiya hərbi yükləri üçün açdığını bildirib:

“Rusiya hərbi yük maşınlarının mənim evimdən 300 metr məsafədə peyda olması yalnız bir şeyi ifadə edir. Təbii ki, bu bizim silahlı qüvvələr üçün hədiyyə deyilsə, onda Gürcüstanın öz ərazisini Rusiya Federasiyasının hərbi yükləri üçün açması deməkdir.

Burada isə bir neçə məqsəd var. Birinci məqsəd Azərbaycanla münasibətlərdə qeyri-stabilliyə nail olmaqdır. Niyə və necə olacağı, düşünürəm ki, aydındır. İkincisi isə Gürcüstan cəmiyyətinin reaksiyasını izləməkdir. Azərbaycanın bu işə reaksiyasının nə qədər sərt olacağını deyə bilmərəm. Çox güman ki, hər şey bağlı kanallar vasitəsiylə ötürüləcək”.

Qeyd edək ki, Rusiyanın hərbi yük avtomobillərinin Tiflisdə olmasıyla bağlı fotolar yayılıb. Həmin fotoları təqdim edirik:

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" ids="97608,97609,97610,97611"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar