LAMİYƏ BAŞ PROKURORA MÜRACİƏT ETDİ - Aslanovlarla bağlı...

Məhkum qadının xüsusi mühafizəyə alınması üçün müraciətinə baxılacaq

4 gün əvvəl Bakı Apelyasiya Məhkəməsi məhbəsdə ikən ana olan Lamiyə Quliyevanı azad etdi. 12 illik həbs həyatından sonra “Yeni Müsavat”a danışan L.Quliyeva deyib ki, Şəmkirin keçmiş icra başçsı, sonradan kənd təsərüfatı nazirinin müavini olmuş Aslan Aslanov onu “içəri”də rahat buraxmayıb.

“Mənim başıma hər hansı bir iş gəlsə, bunun birbaşa məsuliyyəti Aslan Aslanovun, onun oğlu Turqay Aslanovun, qardaşı Elbrus Aslanovun üzərindədir. Aslanovun mənə qarşı etdikləri hər kəsə bəllidir, ifadələrimdə

də bunu demişəm. Mən ölkə başçısına, baş prokurora müraciət edirəm ki, özümün və ailəmin təhlükəsizliyinin təmini üçün göstəriş versinlər. Bu adamlardan hər bir şey gözləmək olar. 12 il ərzində başımıza olmazın müsibətlər açıblar. Aslanov 12 il ərzində mənə cinayət işlərini bir-birinin ardınca açdırıb, mənə qarşı saysız-hesabsız təxribatlara cəhdlər olub. 12 ilin 6 ilini mən karslarda keçirmişəm. Bəlkə də o, məni sərbəst buraxıb azad edilməyimi gözləsəydi, bu gün bu cür vəziyyət yaranmazdı. Əgər mənim başıma bir iş gəlsə, hamı bunu məhkəməsiz-sübutsuz Aslanovun törətdiyini deyəcək. Onun oğlu Ədliyyə Nazirliyinin müstəntiqidir. Mənə qarşı 2-ci cinayət işinin başlanmasında birbaşa onun rolu var” - deyə L.Quliyeva vurğulayıb.

L.Quliyevanın təhlükəsizliyinin təmini ilə bağlı hansı addımların atılacağını öyrənmək üçün musavat.com Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin  verdiyi cavab belə olub: “Kimliyindən asılı olmayaraq istənilən vətəndaş həyatına real təhlükə olduğunu hesab edirsə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya aidiyyəti üzrə şəhər, rayon polis idarəsinə müraciət edə bilər”.

Xidmət əməkdaşı qeyd edib ki, istənilən vətəndaşın müraciəti operativ şəkildə qeydə alınaraq araşdırılır və müvafiq tədbirlər görülür.()

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar