ASLANOVU TƏŞVİŞƏ SALAN XƏBƏR – Ağ “Bentley”dəki “qara qutu” -FOTOLAR

Dünən Kənd Təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu – Turqay Aslanovun sərxoş halda avtomobil idarə edərkən polislər tərəfindən saxlanılması xəbərimiz “bəzi KİV-lər” tərəfindən təkzib edilməyə çalışıldı. Maraqlıdır ki, səlahiyyətləri və dövlətdən mənimsədiyi milyonlar hesabına olmazın özbaşınalıqlar etməsi faktlarının üzə çıxması ilə ajiotaj yaradan Aslan Aslanov neçə aylardır susduğu halda, dünən oğlunun xəbərinə həyəcanlı şəkildə cavab verib. Və əlbəttə, gözlənildiyi kimi, həmin maşının oğluna məxsus olmadığını, üstəlik bu yazı ilə onlara növbəti dəfə böhtan atıldığını bildirib: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentley” avtomobili Valeh Ramazan oğlu Allahverdiyev adlı bir şəxsə məxsusdur”.

Daha sonra, Vaqif Əsədov “bəzi KİV-lər”ə açıqlama verərək, Turqay Aslanov adlı sürücü ilə bağlı heç bir protokol tərtib edilmədiyini bildirib.

AzNews.az olaraq, bu məsuliyyətsiz “təkziblərə” görə dünənki informasiyada qeyd etmədiyimiz bəzi məqamları oxuculara təqdim edirik: Aslan Aslanovun oğlunun idarə etdiyi “Bentley”nin onun adına olmadığını dünənki informasiyada bildirmişdik. Qeyd etmişdik ki, Turqay Aslanov həmin avtomobili 2013-cü ildə etibarnamə ilə Valeh Ramazan oğlu Allahverdiyevə verib (Bu, rəsmi informasiyadır və yəqin ki, DİN-in bazasında var). Amma həmin avtomobil həmişə özündə olub.

Məsələni araşdırarkən çox vacib məqamlar ortaya çıxır. Məlum olur ki, Aslan Aslanov ətrafında həlqə daralandan, nazir müavini vəzifəsindən kənarlaşdırılandan sonra bahalı avtomobillərini və əmlaklarını başqa adamların adına keçirməyə başlayıb. Aidiyyəti qurumlar və bu informasiyalarda maraqlı görünən “bəzi KİV-lər” istəsə, rahat şəkildə bu faktı üzə çıxararlar (Aslanovların əmlakları barədə AzNews.az-ın araşdırması olacaq). Məsələn, öyrənə bilərlər ki, Aslanovlar ailəsinin əmlaklarından daha neçəsi Aslan Aslanovun əzbərdən tanıdığı Valeh Ramazan oğlu Allahverdiyevin adına keçirilib...

Bundan başqa, Aslanov həmin avtomobilin oğluna məxsus olmadığını deyə bilər, amma “Vorovski” də yaşayan Turqay Aslanovu milyonçular məhəlləsindəki qonşularının məhz bahalı “Bentley”si ilə tanımalarını kimsə təkzib edə bilməz.

Burda bir başqa məqam da var. Yazı dərc olunandan sonra 10 DO 007 dövlət nömrə nişanlı, qiyməti 100 minlərlə ölçülən daha bir neçə avtomobilin fotoları yayıldı. Şübhə yoxdur ki, bunlar bir adamındır. Amma bunu yəqin, hamı çox gözəl bilir ki, həmin o bir ADAM soyadı və atasının adı bizə “heç nə deməyən” Valeh Ramazan oğlu Allahverdiyev deyil".

Sayt daha sonra Turqay Aslanovun adına protokol tərtib olunmamasının səbəblərinə toxunur: "Əlbəttə olunmayıb və avtomobilin cərimə meydançasına gətirildikdən sonra olunmalı olan daha bir neçə məsələlər olunmayıb. Biz bu məsələyə dünən həmin yazıda ona görə toxunmadıq ki, Turqay Aslanovun cərimə meydançasına gətirilməsinin özü xəbər idi və yol polislərimizin bu addımı xoş təsir bağışladığından başqa neqativlər axtarmadıq. Çünki bilirdik ki, Aslan Aslanov nə qədər çalışsa da, 50 yerə telefon açsa da polislər prinsipiallıq edib, onu cərimə meydançasına aparıblar. Sonra nə baş verib, niyə o sənədləşməyib, bu, başqa məsələ, həm də təəccüblü olmayan məsələ...

Əsədovun məsuliyyətsiz təkzibi isə tamam başqa məsələ...

Hər halda hadisənin sübutu çətin deyil... Kimin vaxtı olsa, ərazidəki Təhlükəsiz Şəhər Kameralarını və 10 YP 450 nömrəli Yol Polisi avtomobilindəki kameraların yaddaşını eşələyə bilər.

Bir məsələni də qeyd edək ki, həmin avtomobil təkcə sənədsiz və sərxoş halda idarə olunduğu üçün saxlanılmayıb. Həm də həmin avtomobilin cəriməsi ödənilməyən 3 radarı olub. Məsələ burasındadır ki, avtomobil cərimə meydançasından sərbəst buraxılsa da, həmin radarların cərimələri hələ də ödənilməmiş qalır. Təkcə bu fakt avtomobilin qanunsuz olaraq buraxıldığını sübut edir. Amma işin içərisində daha ciddi məqamlar var. Məsələn, eyni nömrə nişanının (10 DO 007) müxtəlif avtomobillərdə olması kimi ciddi qanun pozuntusu.

Bu məsələyə münasibət bildirmək, məsələni araşdırmaq kimisə böhtançılıqda suçlamaqdan daha vacib deyilmi?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar