"NAXÇIVAN KLANI"NIN SƏMƏD SEYİDOVA 12 MİLYON MANATLIQ "CƏZASI"NIN SİRRİ - Rektor seçim qarşısında qoyulub

Səməd Seyidovun korrupsiyaya bulaşması imicinin yaradılması onun siyasi iddiaları və müstəqilliyi ilə bağlı olub

Rektor Polad Bülbüloğlunun qardaşı qızıını niyə və ya kimin sifarişilə işdən çıxarıb?

Xəbər verildiyi kimi, dekabrın 9-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı qızı, Azərbaycan Dillər Universitetinin professoru Nigar Vəliyeva tutduğu kafedra müdiri vəzifəsindən azad edilib. Dillər Universitetinin rektoru deputat, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. P.Bülbüloğlu kimi nüfuzlu bir şəxsin qardaşı qızının işdən çıxarılması sıradan hadisə deyil. “Yeni Müsavat” qəzeti bunun səbəbi kimi, bir neçə ay öncə Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş şirkətinin aşkarlanmasını göstərib.

Xatırladaq ki, bir neçə ay öncə Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş “DorTexResurs” adlı şirkəti aşkarlanmışdı. Sənədlərə görə, şirkət əsasən elektron biznes əməliyyatlarının, beynəlxalq valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur, dövriyyəsi on milyonlarla ölçülür. Baş direktoru, iqtisadi elmlər namizədi Azər Əsgər oğlu Muradov olan şirkətin Bakı ofisi də fəaliyyət göstərir. Bakı ofisinin meneceri Mehriban Muradovadır. Ofis rəsmi olaraq “Park İNN” hotelində fəaliyyət göstərir.

Şirkətin baş ofisi isə Rusiyanın payraxtında- Moskva şəhəri, Savvinskiy döngəsi, ev 2-4-6-da yerləşir. Elə buna görə də ehtimal olunur ki, rektor faktın içtimaiyyələşməsində Rusiyadakı səfir Polad Bülbüloğlundan şübhələnib. Və ola bilsin indi, S.Seyidov həmin məsələləri unutmayaraq P.Bülbüloğlundan qisas alır, onun qardaşı qızını işdən çıxarır. Ancaq bu ehtimal bir o qədər də ciddi və inandırıcı görsənmir. Hər halda P.Bülbüloğlunun Səməd Seyidovun biznesi barədə məlumatları ictimailəşdirməsinə və bunu prezident seçkisi dövrü etməsinə bir ciddi səbəb yoxdur. Faktın arxasında başqa və daha ciddi səbəblərin olduğu şübhə doğurmur.

Bu haqda danışmazdan öncə, qeyd edək ki, son vaxtlar S.Seyidovla bağlı hakimiyyət çevrələrində maraqlı proses gedir. 2012-ci ildə onun rektoru olduğu Azərbaycan Dillər Universitetində 12 milyon manatlıq yeyinti aşkarlanmışdı. Heç şübhəsiz, bu, təsadüfi deyildi. İstənilən universitetdə, müəssisədə yoxlama aparılsa, bu cür ciddi yeyinti və korrupsiya faktları tapmaq mümkündür. Lakin “Yeni Müsavat” qəzeti kifayət qədər ciddi mənbələrə istinadən bildirir ki, cənab Seyidovun “ayağında” bu qədər yeyintinin tapılması onun siyasi budamaya məruz qalması zərurəti ilə bağlıdır. Həmin vaxt S.Seyidov “universitetdə yoxlamalar aparılması mənim təşəbbüsümdür” deyə bəyanat vermişdi. Amma Azərbaycan reallığında heç bir rəhbər şəxsin özünün başçılıq etdiyi qurumda maliyyə təftişinin aparılmasına təşəbbüs göstərməsi inandırıcı deyil; ona görə ki, bu cinayət xarakterli əməllərin mənbəyinin gedib həmin müəssisənin rəhbərinə çıxacağına şübhə yoxdur. Səməd Seyidovun rəhbəri olduğu universitetdə korrupsiya faktlarının üzə çıxarılmasının “siyasi səbəbləri” var".

Qəzet daha sonra yazır: " Qaynağımız iddia edir ki, S.Seyidovun dolayısı ilə korrupsiyaya bulaşması imicinin yaradılması onun siyasi iddiaları və müstəqilliyi ilə bağlıdır. Üstəlik, S.Seyidov Qərbin ən müxtəlif dairələri ilə son illər həddən artıq yaxınlaşıb. Onun heç bir qrupa bağlı olmaması, özünü həddən artıq müstəqil aparması, iqtidardakı əsas aparıcı qrupu saymazdan gəlməsi hakimiyyətdəki mühafizəkar dairələri qıcıqlandırmaqda idi. Ona görə də AŞ PA nümayəndə heyətinin rəhbərinə 12 milyonluq komple quruldu. Onu gözdən salmaq, reputasiyasını zədələmək üçün adını küllü miqdarda korrupsiya işinə soxdular. Mənbə bildirir ki, ölkə başçısı İlham Əliyevə olduqca yaxın olan S.Seyidovun vurulması prosesi hələ yekunlaşmayıb. Onun ayağının altına bu cür çox qiymətli - 12 milyon manatlıq “minalar” düzüblər ki, hər an nəzarətdə olsun.

AŞ PA-dakı qrupun prezidentə yaxın olması oradakı şəxslərə hazırda ciddi problemlər yaradır. Xatırladaq ki, İlham Əliyev özü uzun illər Azərbaycanın AŞ PA nümayəndə heyətinə başçılıq edib. Bu müddətdə onun rəhbərlik etdiyi qrupa daxil olan deputatlar özlərini gələcək prezidentin komandasının əsas üzvləri sayırdılar. Onlara elə gəlirdi ki, İ.Əliyev dövlət başçısı olandan sonra AŞ PA nümayəndə heyətinin əsas üzvləri aparıcı dövlət vəzifələri tutacaqlar. Onların bu tövrü isə heç şübhəsiz hakimiyyətin əsas sütunlarını təşkil edən qrupları qıcıqlandırmaya bilməzdi. Ona görə də zaman-zaman həmin qrup üzvləri bu və ya digər formada proseslərdən uzaqlaşdırıldı, onların söz sahibliyi əllərindən alındı, funksionallıqları xeyli zəiflədildi və s.

Hakimiyyətə yaxın dairələrin bizə verdiyi məlumata görə, 12 milyonluq yeyintinin bərpa olunması, məbləğin yerinə qoyulması S.Seyidovun boynuna qoyulub. Necə deyərlər, iqtidardakı qüdrətli qruplaşma cənab Seyidovu “yükləyib”. O, bu yükün altından çıxa biləcəkmi? Yoxsa büdrəyib yıxılacaqmı? Amma görünən budur ki, bu qədər ciddi yükün altında olmasına rəğmən S.Seyidov arada digər rəqiblərinə əlcək də atır..."

Qeyd edək, Seyidovu 12 milyon manat “yükləyən” iqtidardakı qüdrətli qruplaşma dedikdə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçııq etdiyi "Naxcıvan klanı" nəzərdə tutulur. Son seçkidən sonra ölkədə real hakimiyyəti ələ keçirən "Naxcıvan klanı"nın onunla hesablaşmayan hər kəslə haqq-hesab çəkməyə başladığı açıq müşahidə olunmaqdadır. Bu baxımdan Mehdiyevin başının üzərindən adlayaraq prezidentlə yaxın münasibətlər quran, hətta "boz kardinalın" yerinə iddalı olduğu bildirilən Səməd Seyidovun da bu klanın qəzəbinə gələcəyi gözləniləndi. Elə buna görə də, S.Seyidovun rəbərlik etdiyi universitetdə külli miqdarda yeyintinin aşkarlanması və bunun içtimailəşdirilməsi təəcüblü olmadı. Proseslərin Seyidovun "vurulması" istiqamətində cərəyan edəcəyi gözlənilirdi. Ona görə də əgər Seyidov 12 milyon manatla "Naxcıvan klanı"nın, ən əsası Mehdiyevin qəzəbindən qurtarbsa, necə deyərlər "ucuz adladıb".

Ancaq fikrimizcə, Seyidov bağışlanıbsa, bu 12 milyon manatı "yerinə qaytarmasına" görə baş verməyib. Ya məsələyə prezident şəxsən müdaxilə edib, ya da Seyidov "Naxcıvan klanı"nın yanında yer almağa razılıq verib. Böyük ehtimalla, ikinci baş verib. Elə neçə vaxtdır "Naxcıvan klanı" ilə "ulduzları barışmayan", hətta ona rəqib olan Paşayevlərin yanında yer aldığı üçün bu klanın hədəfində olan Polad Bülbüloğlunun qardaşı qızının - Azərbaycan Dillər Universitetinin professoru Nigar Vəliyevanın birdən-birə tutduğu kafedra müdiri vəzifəsindən azad edilməsi də bununla bağlı ola bilər. Ola bilər ki, bu Seyidovun nə qədər səmimi olduğunu yoxlamaq üçün bir test olub. Yəni, Seyidovdan tərəfini hər kəsə məlum edəcək addım atması istənilə, hətta bunun ücün konkret tapşırıq verilə bilər. Belə hallarda başqa seçim qoyulmur- ya bizimləsən, ya da qarşımızdasan. Seyidovun Paşayevlərin yanında yer alan Bülbüloğlunun qardaşı qızını vəzifədən götürməsi onun "Naxcıvan klanı"nın yanında yer almağı seçdiyinı söyləməyə əsas verir. Əlbəttə əgər, bu qərarla bağlı ortada bizə məlum olmayan başqa faktlar yoxdursa...

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar