MİSKİN TƏCAVÜZKAR, İNCİK XAMELYON... -Putini kimlər və nə bu hala saldı?- 3 BAXIŞ

Putini xüsusi olaraq, Obamanın onun haqqında dediyi “axırıncı parta arxasında oturmuş yorğun məktəbli” ifadəsi bərk incidib

Dünya ictimaiyyəti hələ də Rusiya prezidenti Vladimir Putinin nə istədiyini, nədən bu çür anormal qərarlar verdiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Buna görə də onun son illər apardığı siyasət dünya mətuatının əsas müzakirə mövzusu olaraq qalır. Tanınmış media orqanı olan “Die Zeit” də “Putin incik düşmüş xamelyondur” başlıqlı məqaləsini Rusiya prezidentinın hərəkətlərini düzgün qiymətləndirmək yollarını araşdırmağa həsr edib. “AzPolitika.info”nun məlumatına görə, yazıda bildirilir:

“Doğurdan da görəsən əslində Vladimir Putin nə istəyir, onun məqsədi nədən ibarətdir? Daha önəmlisi Kreml rəhbərinin növbəti addımları necə olacaq. Soyuq müharibə dövrünün sovetoloqlarl kimi,indiki dövrdəki putinoloqlarının da fikirləri müxtəlifdir.

Şərti olaraq putinoloqları üç qrupa ayırmaq olar. Birinci qrupa daxil olnalar Rusiya prezidentini miskin təcavüzlar hesab edir

İkincilər "küskün qəlbli" bir ölkə rəhbəri sayırlar.

Üçüncülər isə onun məqsədinin ərazi iğalından ibarət olmadığını iddia edirlər. Onların fikrincə, Putin yalnız ideoloji baxımdan Rusiyanı mənəvi cəhətdən tənəzzülə uğrayan Qərb mədəniyyətinin təsirindən qurtarmağa çalışır.

Birinci qrupun tərəfdarlarından biri Mişel Elçaninof deyir ki, Krem rəhbəri nostalgiya hissləri ilə köhnə Rusiya üçün darıxır. Buna görə də Putin rus torpaqlarını birləşdirən və əlavə ərazilər işğal edən çarlarla bir cərgəyə qoyulmalıdır. Həmin qrupun nümayəndələri deyirlər ki, Sovet İttifaqının dağılması Putin üçün təkcə geosiyasi fəlakət yox, həmçinin də insanlığın əzablı dramı sayılır.

Belə ki, yeni dövlət sərhəddinin kənarında 25 milyon etnik rus qalıb və Putin özünü onların müdafiəçısi rolunda görür.

Bu cür qiymətləndirmələr az deyil. Məsələn, nümunə üçün “Die Welt” qəzetinin Putini istənilən riskə getməyə hazır olan miskin təcavüzkar adlandırırlar.

Həmin qəzetin fikrinə görə, Ukrayna münaqişəsi dünya nizamını pozmaq məqsədi daşıyan Rusiya rəhbərliyinin qlobal siyasətinin geniş masştablı layihəsidir.

İkinci qrupun tərəfdarları Putini “incik qəlbli” adlandırırlar. Bu fikirdə olanlardan biri də Putinin Britaniyalı bioqrafı Fiona Hildir. Onun fikrinə görə, Putin Qərbin, o cümlədən hərtərəfli formada NATO-nun tərəfdaşı olmaq istəyirdi.

Lakin Corc Buş öz raket hücumundan müdafiə sistemini qurmaqla və eyni zamanda Ukrayna ilə Gürcüstanı Qərb alyansına çəkməyə cəhd göstərməklə Putini kobud şəkildə geriyə itələdi. Ancaq bu da “bardağı daşıran” son damla olmadı.

Bundan əlavə, Obamanın Putinlə bərabər səviyyədə dialoq aparmaqdan imtina etdi. Onun Rusiyanı regional güc adlandırılmasından sonra Kreml rəhbəri özünü açıq şəkildə təhqir olunmuş hesab edib.

Putini xüsusi olaraq, Obamanın onun haqqında dediyi “axırıncı parta arxasında oturmuş yorğun məktəbli” ifadəsi bərk incidib. Ona görə də Avrpoa ilə əməkdaşılq etmək istəyən Putin onlardan üz döndərib. İndi o hər tərəfdə düşmən görür, fitnə -fəsad hiss edir. Avropaya da ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin uzadılmış əli kimi baxır.

Üçüncü qrupa daxil olan İvan Krastev və Stiven Holms kimi tanınmış publisistlərin fikirlərinə görə isə, Putinin siyasətinin praktik baxımdan ənənəvi rus imperializmi və ya ekspiansianizmlə heç bir əlaqəsi yoxdur. Bu qrupa aid olan putinoloqlar hesab edirlər ki, Rusiya prezidenti Varşavanın və ya Riqanın işğal olnması barəsində düşünmür. Əksinə onun siyasətini təcavüzkar təcridolunma kimi xarakterizə etmək lazımdır.

Digər müəlliflər isə bildirirlər ki, Putin açıq sərhədlərdən və Qərb dünyasının mənəvi təsirlərindən qorxur. Elə onun pravoslavlığa və panslavyanızmə tərəf dönmək niyyəti də bununla əlaqədardır.

Ümumiyyətlə isə Putinin hərəkətlərinə daha düzğün qiyməti tarix verəcək. Ancaq hələlik bütün deyilənlərin içərisində ən yaxşı variant Putini xamelyona bənzətməkdir. Çünki, o, vəziyyətə və şəraitə uyğun olaraq gah miskin təcavüzlar, gah incik qəlbli prezident, gah da panslavyanist kimi müxtəlif xüsusiyyətlərə malik olmağı bacarır”.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar