“YA MƏNİ AZAD EDİN, YA DA GÜLLƏLƏYİN” – Dilqəm Əsgərov [Yenilənib]

dilqem sahbaz kelbecer girovSeparatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurduğu apelyasiya “məhkəmə”sinin qərarı martın 10-da açıqlanacaq.

* * * 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Xankəndi şəhərində Norayr Qriqoryanın sədrliyilə baxılan “Apellyasiya məhkəməsi”ndə azərbaycanlı girov - Şahbaz Quliyev danışıb. Aznews.az xəbər verir ki, bu haqda məlumatı “Novosti Armeniya” agentliyi yayıb.

Vəkil Arkadi İsraelyan Şahbaz Quliyevə söz verib. Şahbaz bildirib ki, ona qarşı irəli sürülən ittihamlarla razı deyil: “Mən Kəlbəcərə getmişəm və orada heç bir casusluq fəaliyyəti göstərməmişəm. Mən öz torpağımıza orada basdırılan xəzinə üçün getmişdim”. 

Daha sonra digər azərbaycanlı girov Dilqəm Əsgərova da söz verilib. Dilqəm Əsgərov da çıxış edərək ona qarşı irəli sürülən ittihamların düzgün olmadığını vurğulayıb: “Mən erməni yeniyetməni qaçırmamışam və ev qarət etməmişəm. Bəli, mən öz doğma torpağıma getmişəm, bunu inkar etmirəm. Özü də mən oraya artıq 7 dəfədir ki, gedirdim. Həmin vaxtlarda da mən çoxlu kişi, qadın və uşaq görmüşəm və heç kəsi öldürməmişəm. Kəlbəcərdə çəkdiyim videoda da heç bir krinimal hadisə yoxdur. Mən gülləri, çayları və meşələri çəkmişəm. Xankəndidə keçirilən paradı da görnüşəm. Məni istintaq materiallarında Ben Laden və Bassayevlə eyniləşdirirlər. Mənə qarşı edilən ittihamlar çox sərtdir. Mənim heç bir günahım yoxdur. Ya məni azad edin, ya da güllələyin. Ömürlük həbs cəzası istəmirəm”.

* * * 

Xankəndidə azərbaycanlı girovlar – Dilqəm Əhmədovla Şahbaz Quliyevin qondarma apelyasiya məhkəməsi keçirilir. Lent.az-ın news.am-a istinadən məlumatına görə, “məhkəmə” prosesinə Nayora Qriqoryan sədrlik edir.

“Məhkəmə”də həmçinin qondarma rejim tərəfindən Dilgəm Əsgərova və Şahbaz Quliyevə vəkillik edən Erik Beqlayan və Arkadi İsraelyan iştirak edirlər.

Xatırladaq ki, ermənilərin təşkil etdiyi qondarma məhkəmə Kəlbəcərdə girov düşən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar