NAZİR 75 YAŞLI QOHUMUNA VƏZİFƏ VERDİ - “Azəryolservis”də sədr əməliyyatı

Saleh Məmmədov qurumun rəhbərliyinə necə gətirilib?

“Azəryolservis”in rəhbəri Saleh Məmmədovun bu vəzifəyə təyin olunması ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Xatırladaq ki, fevralın 9-da ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə “Azəryolservis”in keçmiş rəhbəri Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunub.

Bundan sonra “Azadlıq” məlumat yaydı ki, 1 saylı yol idarəsinin rəisi Saleh Məmmədov “Azəryolservis”in rəhbərliyinə gətirilib. Qurum bu xəbəri qismən təsdiq etdi. “Məlumdur ki, ”Azəryolservis" ASC-nin sədri prezident tərəfindən xüsusi sərəncamla təyin edilir. Belə bir sərəncam isə hələ verilməyib. Amma ASC sədri vəzifəsinin icrası müvəqqəti olaraq Saleh Məmmədova həvalə olunub",- deyə “Azəryolservis” bəyan elədi. Bir neçə gün sonra Saleh Məmmədovun təyinatı rəsmən təsdiqləndi.

ziyaHələ o zaman “Azəryolservis”in rəhbərliyinə müavinlərdən birinin deyil, idarə rəisinin gətirilməsi təəccüblə qarşılanmışdı. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, bu Ziya Məmmədovla Cavid Qurbanov arasındakı ziddiyyətlərin təzahürüdür. Cavid Qurbanov postuna özünə yaxın adamlardan birinin təyin olunmasına çalışsa da, nəqliyyat naziri bunun əleyhinə olub. Eyni zamanda Cavid Qurbanov da Ziya Məmmədova yaxın şəxsin bu posta gətirilməsinə etiraz edib. Nəticədə ortaq variant kimi Saleh Məmmədovun üzərində dayanılıb.

Dünən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, Saleh Məmmədov idarə rəisi vəzifəsindən birbaşa “Azəryolservis”in rəhbəri postuna gətirilməyib. Sən demə Ziya Məmmədov əvvəlcə Saleh Məmmədovu “Azəryolservis”də birinci müavin postuna təyin edib. Həmin vəzifədə çalışan və Cavid Qurbanova yaxınlığı ilə seçilən Bayram Hüseynov isə təqaüdə göndərilib. Burada maraqlı məqamlardan biri də odur ki, Ziya Məmmədovun yaxın qohumlarından biri olan Şaiq Bilalov da “Azəryolservis”də müavin vəzifəsi daşıyır. Onun 75 yaşı var. Maraqlıdır ki, nazir qohumunu saxlayaraq ondan 5 yaş kiçik Bayram Hüseynovu yaş senzi adı ilə işdən çıxarıb. Məlumatlı mənbələr bildirir ki, Ziya Məmmədov əslində Bayram Hüseynovu Cavid Qurbanova yaxın şəxs olduğu üçün işdən çıxarıb. Görünür, Cavid Qurbanovun da “Azərbaycan Dəmir Yolları” QSC-də Ziya Məmmədova yaxın şəxsləri işdən çıxarması buna cavabdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar