50 ÖLKƏNİN İDMANÇILARININ XƏRCLƏRİNİ BAKI ÖDƏYƏCƏK! - Şok

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Bakıya Avropa Olimpiya Oyunlarına gələcək bütün 50 ölkə komandalarının nəqliyyat və digər xərclərini Azərbaycan ödəyəcək.

O, virtualaz.org-a açıqlamasında onu da deyib ki, idmançıların xərclərinin ödənməsi Avropa Olimpiya Komitəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulub.

Yeri gəlmişkən, «The Guardian» qəzeti yazıb ki, Britaniya Olimpiya Assosiasiyası (BOA) iyunda Azərbaycana 160 atlet göndərəcək. Bu, ötən il Soçiyə göndəriləndən 3 dəfə çoxdur. Böyük Britaniya komandasının rəhbəri Mark England da deyib ki, komandanın göndərilməsi xərcini artıqlaması ilə təşkilatçılar çəkir.

Bu həqiətən analoqu olmayan bir addımdır. Dolların, qiymətlərin, vergilərin niyə artdığı məlum oldu. Bizcə əlavə şərhə ehtiyac yoxdu!

----

Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi birgə olaraq Azərbaycan tərəfinin Bakı 2015 Avropa oyunlarında iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı açıqlama verib. Trend-in məlumatına görə, açıqlamada deyilir:

-Bakı 2015 Təşkilat Komitəsiindən verilən məlumata əsasən, Olimpiya və Qış Olimpiya Oyunlarında və bu miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda Azərbaycanda ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil etmişdir. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olmuşdur.

İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.

Əlavə olaraq qeyd edək ki, Avropa Oyunlarından sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2.5 milyon Avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürəcək.

İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur.

Vaqif

AzPolitika.ino

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar