Türkiyə mətbuatında Fazil Məmmədov haqqında şok iddia

Türkiyəli iş adamları vergi "şapka"larından cana doyduqlarını iddia edirlər

Moderator.az xəbər verir ki, Türkiyənin dünyabulteni.net saytı Azərbaycanı bürüyən rüşvət mövzusunu gündəmə gətirib və xəbərdə açıq şəkildə vergilər naziri Fazil Məmmədovun adı çəkilir. Saytın yazdığına görə, “Fazil Məmmədovun təmsilçiləri ənənəvi illik rüşvət yığımına start verib və hər iş adamından 10 ilə 30 min manat arasında rüşvət istənilir. Maraqlıdır ki, vergi məmurlarının tələbləri bununla da bitmir. Onlar iş adamlarından ödədikləri illik verginin 15-20 faizini də bəri başdan verməyi tələb edirlər.

Saytın yazdığına görə, ənənəvi rüşvət toplama kampaniyasını mafiyanın hərəkətinə bənzədən iş adamları tələb olunan məbləği verməyəcəkləri təqdirdə həbs olunacaqlarından çəkinirlər və vergi məmurları tərəfindən açıq şəkildə bu cür təhdid olunurlar. Dunyabulteni.net onu da bildirir ki, bu il rüşvət mexanizmində müəyyən dəyişikliklər müşahidə olunur. Əvvəlki illərdə rüşvət nağd pul şəkilində alınırdısa, indi şirkətlərin banklardakı hesablarından müəyyən hesablara pul köçürülməsi yoluyla da bu əməliyyat reallaşdırıla bilər.

Sayt həmçinin ölkəmizdə rüşvət toplama kampaniyasının ciddi narazılıq doğurduğunu və bu narazılığın iş adamlarının üsyanı ilə nəticələnə biləcəyini xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar