"VAŞİNQTON ƏLİYEVƏ STAVKA ETDİ" - Moskva Nulandın səfərindən narahatdır

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana, Gürcüstana və Ermənistana bu günlərdə baş tutan səfəri Rusiyada dərhal narahatlıq doğurmuşdu.

Doğrudur, Rusiya rəsmiləri bu səfərə hər hansı reaksiya vermədilər, ancaq Kremlin əsas təbliğat ruporu olan “Rossiya Today” agentliyi Nulandın səfərinə dair operativ təhlillə çıxış edərək bunu Vaşinqtonun Cənubu Qafqaz regionunda yenidən fəallaşmaq, region ölkələrindən Rusiyaya qarşı siyasətində yararlanmaq səyləri ilə izah etmişdi. Virtualaz.org saytı xəbər verir ki, bu səfərdən 10 gün keçəndən sonra digər nüfuzlu Rusiya kütləvi informasiya vasitəsi - Kremlin nəzarətində olan lenta.ru portalı Nulandın Qafqaz ölkələrinə hansı məqsədlə gəldiyinə dair məqalə ilə çıxış edib. “Pirojna dağlara. Viktoriya Nuland Azərbaycan, Gürcüstan və Ermənistana niyə getdi” başlıqlı həmin məqalədə xeyli maraqlı məqamlar var və onun tərcüməsini oxuculara təqdim edirik:

***

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland Cənubi Qafqaza turne həyata keçirdi. Fevralın 16-da Bakıya uçan xanım Nuland iki gün sonra İrəvana gəldi, bundan qabaq isə yolüstü Tiflisə baş çəkdi.

Hər ölkədə cəmi bir gün ləngidi, ancaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Pyotr Poroşenkonun müşaviri təyin edilməsinə qədər region üçün əhəmiyyət daşıyan geniş spektrdə məsələlərə münasibət bildirməyə vaxt tapdı.

Onun səfəri Amerikanın Qafqaz siyasətinin əsas prioritetləri baxımından əhəmiyyətlidir. Bundan əlavə Nulandın səfərindən az əvvəl Ermənistana, Azərbaycana və Gürcüstana Amerikanın yeni səfirləri Riçard Mills, Robert Sekuta və Con Baas gəldilər. Bütün bunlar bəzi analitiklərə Amerikanın regiona dair siyasətində yanaşmanın dəyişdiyini deməyə əsas verdi.

Viktoriya Nuland Rusiyada daha çox 2014-cü ildə Kiyev Maydanında çörək-bulka məmulatları paylaması ilə məşhurlaşıb, Qafqazda isə Amerika diplomatiyasının “Qırmızıpapağı” hələlik heç kimi öz əli ilə yedirtməyib. Ancaq yerli fəallarla və müxalifətçilərlə hər halda görüşüb.Hələlik toxunmamaqBakıda Nuland XİN rəhbəri Elmar Məmmədyarovla və ölkə prezidenti İlham Əliyevlə məsləhətləşmələr apardı. Azərbaycana tərəf dişqıcayan diplomat kimi başlayan və sonra bu ölkəyə tərəf reverans edən dövlət katibinin köməkçisi Dağlıq Qarabağda saxlanılan iki ölkə vətəndaşı Quliyev və Əsgərovun “humanitar jest” kimi qayarılmasına çağırdı.

Bunun ardınca münaqişə tərəflərinə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşin tezliklə dayandırılmasına çağırış edildi.

Belə görünür ki, Cen Psakinin bu günlərdə həmin azərbaycanlıların geri qaytarılmasına dair bəyanatından başqa bu istiqamətdə amerikalılardan real addım gözləmək yersizdir. 20 ildən çoxdur ABŞ Minsk Qrupunun həmsədridir.

Bununla blə 2014-cü ilin yayında təmas xəttində vəziyyət növbəti dəfə kəskinləşəndə bəzi ekspertlər bunun arxasında amerikalıların dayandığını deyirdi. Bu nəzərdə tutulurdu ki, Rusiyanın cənub sərhədlərində daha bir müharibə ocağı Kremli Ukraynanın cənub-şərqində geri çəkilməyə məcbur edə bilərdi. Gərginliyi Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin avqustda Soçidə baş tutan görüşü yumşaltdı.

Dağlıq Qarabağa dair deklorasiya xarakterli bəyanatlardan başqa Nuland ABŞ-ın “Cənub qaz dəhlizi”inə dəstəyini ifadə etdi. Amerikalıların düşüncəsinə görə “Şahdəniz” qazını Rusiyadan yan keçməklə Avropaya nəql etməyi nəzərdə tutan bu dəhliz “Köhnə dünya”da Rusiyanın enerji daşıyıcıları inhisarına son qoymağa imkan verəcək.

Qısamüddətli perspektivdə tək Azərbaycan qazı rəqabət üçün yetərli deyil, ancaq yeni qaz kəməri infrastrukturu Mərkəzi Asiyadan enerji daşıyıcılarının Avropaya nəqli üçün işə yaraya bilər. Azərbaycan-Amerika-Avropa enerji şəbəkəsinin birgə xarakterini qeyd edən amerikalı diplomat işarə etdi ki, Rusiyanın “Türk axını” layihəsi  heç də alternativsiz olmayacaq. Bu da ABŞ-ın geosiyasi maraqlarına tam uyğun gələcək.

Əlbəttə, əgər Nuland gəlirsə, haradasa yaxınlıqda yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fiqurlarının ortaya çıxması da qaçılmazdır. Budur, elə oradaca bir çoxları tərəfindən Amerika-Azərbaycan münasibətlərinin formatının dəyişməsi kimi dəyərləndirilən hadisə baş verdi.

Məsələ ondadır ki, əgər əvvəllər respublikanın informasiya məkanında bu və ya digər intensivliklə “rəngli inqilab” hazırlıqları haqda mövzu ortaya çıxırdısa və Amerika tərəfi onun qrantları hesabına fəaliyyət göstərən fəallara lazımi diqqət ayırırdısa, bu dəfə fəalları küsdürdülər, onlara demək olar ki, diqqət ayırmadılar. Onlarla görüş cəmi 15 dəqiqə çəkdi və ancaq formal bəyanatlar səsləndi.

Nuland ölkədə insan haqlarına dair vəziyyəti yüksək qiymətləndirdi, əlavə etdi ki, rəngli inqilablar ancaq hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun olmadığı ölkələrdə mümkündür.

Əvvəl Azərbaycan hakimiyyəti QHT-lərə qarşı sərt mövqe nümayiş etdirirdi, indi isə Dövlət Departamentinə inansaq, Azərbaycanda dialoq ortadadır. Ona görə də rəngli inqilablar təxirə salınır. Üstəlik ABŞ vətəndaş cəmiyyətinin dəstəklənməsində Avropa Şurası ilə yaradılmış analoji orqanlara paralel olaraq Azərbaycanla yaradılacaq ikitərəfli strukturlar çərçivəsində iştirak edəcək. İstər-istəməz Ukrayna müxalifəti ilə hakimiyyəti arasında əldə olunan və ABŞ prezidenti Barak Obama tərəfindən “brokered by USA” olaraq xarakterizə olunan sövdələşmə yada düşür.

Nulandın Tiflisə yola düşməsi yerli politoloqların və KİV-lərin belə təntənəli şərhləri ilə müşayiət olundu ki, Amerika deyəsən, Azərbaycanla qarşılıqlı münasibətlər formatını nəhayət ki, dəyişir.

Hər şeydən görünür ki, Vaşinqton doğrudan da insan haqları məsələsində Bakıya təzyiqləri yumşaldır, ancaq situasiya istənilən vaxt asanlıqla əks tərəfə yönəl nilər. Hətta bəzi geosiyasi güzəştlərə gedən və qısamüddətli fasilə əldə edən indiki hakimiyyət də özünü təhlükəsiz hesab edə bilməz. Belə ki,səfərin yekunlarına əsasən Amerikanın tədris proqramları çərçivəsində əməkdaşlığı genişləndirmək nəzərdə tutulur.

Deməli, gələcək Azərbaycan elitasının bir çox nümayəndələri demokratiyanı ABŞ ərazisində və məzh Amerikanın izahında öyrənəcək.Sıravi Saakaşvilini xilas etməli

Gürcüstan paytaxtı isə Nulandı daha isti qarşıladı. Prezident Georgi Marqvelaşvilinin və baş nazir İrakli Qaribaşvilinin, xarici işlər naziri Tamara Beruçaşvilinin şəxsində ölkə rəhbərliyinin Nulandla söhbətinin leytmotivini baş nazirin bu sözləri ilə müəyyən etmək olar: “Gürcüstan bir nömrəli strateji tərəfdaşı ilə münasibətlərini dərinləşdirmək üçün hər şeyi edir”.

Öz növbəsində Viktoriya Nulandın vədi ilə desək “ABŞ Gürcüstandakı indiki demokratik prosesləri yüz faiz dəstəkləyir, habelə ölkənin Avropa İttifaqına və NATO-ya inteqrasiyasına, ərazi bütövlüyünə tam dəstək verir”.

Amerika tərəfi Gürcüstanın hüquq-mühafizə orqanlarında islahatlara öz ekspertlərini cəlb etməyə hazırdır. Hüquq-mühafizə orqanlarının hərəkətlərindən Nulanda yerli müxalifətçilər şikayət ediblər, bunu da deməyi yaddan çıxarmayıblar ki, Rusiya Gürcüstan üçün “düşmən”dir.

Birləşmiş Ştatların indiki gürcü hakimiyyəti ilə beynəlxalq axtarışa verilən keçmiş prezidenti Mixail Saakaşvili arasındakı münaqişədə öz üzərinə götürdüyü vasitəçilik rolu da simptomatikdir.

Saakaşvili Ukrayna prezidentinin müşaviri təyin olunandan sonra iki ölkə arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar yarandı.

Viktoriya Nuland isə yeri gəlmişkən, bütün suallara aydınlıq gətirdi: “Ukrayna xaricdən reformaların keçirilməsində yaxşı təcrübəsi olan ekspertlər və müşavirlər axtarır. Bu, Ukrayna üçün də, Gürcüstan üçün də mühüm məqamdır. Mən gürcüləri və ukraynalıları bir-birini dəstəkləməyə çağırıram, siz bir-birinizə lazımsınız”.

Və doğrudan da tərəflər bir-birlərini dəstəklədilər. Heç bir sutka da keçməmiş Gürcüstanın ədliyyə nazirinin Ukrayna tərəfinin Saakaşvilinin ekstradisiyasından imtinasına dair qərarını anladığını və buna hörmətlə yanaşdığını bildirən bəyanatı yayıldı. Gürcüstan və Ukrayna arasında narazılığı yerindəcə həll edən Nuland İrəvana yola düşdü.

Gələcəyə peçenye

Ermənistan üçün Nulandın səfərinin xüsusi əhəmiyyəti var idi. Bu səfər haqda ölkədə ən ciddi daxili siyasi gərginliyin yaşandığı bir vaxtda elan edildi. Nüfuzuna görə ikinci ən böyük partiya olan “Firavan Ermənistan”ın lideri, oliqarx Qaqik Tsarukyanla prezident Serj Sərkisyan arasında toqquşma praktiki olaraq bütün siyasi qüvvələri öz orbitinə çəkdi.

Müxalifətin ümummilli mitinqi fevralın 20-nə təyin edildi, İrəvanın Azadlıq meydanında qərbyönümlü müxalifət və QHT-lərin döyüş ruhunu yüksəltmək üçün Amerika peçenyesi çox yerinə düşərdi.

Ancaq son anda münaqişə edən tərəflər məsələni qanun çərçivəsində yoluna qoymağa qərar verdilər. Dövlət katibinin köməkçisinin təyyarəsi İrəvana enəndə Ermənistanda peçenye yedirtməyə artıq heç kim yox idi.

Nuland ölkənin yüksək rəhbərliyi ilə görüşdü, prezident Serj Sərkisyanla və xarici işlər naziri Edvard Nalbəndyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, ikitərəfli münasibətləri və “erməni genosidi”nin 100 illiyinə hazırlıq tədbirlərini müzakirə etdi.

Ermənistanda ABŞ-ın işləri qonşu ölkələrdə olduğu kimi elə də hamar getmir. 2015-ci il, yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü olub, bu da Vaşinqtonla İrəvan arasında dialoq formatına təsir etməyə bilməzdi.

Bununla bağlı olaraq erməni siyasi fəallarına diqqət ayrıldı, onlarla görüş isə bağlı qapılar arxasında keçirildi. Heç kimə sirr deyil ki, ölkədə Amerika qrantlarının əhəmiyyətli hissəsini müxtəlif növ QHT-lər və “vətəndaş təşəbbüsləri” mənimsəyir. Elə bu strukturlardan da İrəvanla Moskva arasında münasibətləri korlamaq üçün bəhanə kimi istifadə olunur. Bilavasitə Nulandla görüşün iştirakçılarından daxil olan məlumata əsasən Vaşinqton qərb vektorunun erməni tərəfdarlarının işlərinin nəticəsini qeyri-kafi qiymətləndirib.

Nə Gümrüdə Avetisyanlar ailəsinin qətli, nə Moskva ilə inteqrasiya əleydarlarının səyləri küçələrə Avrasiya şüarları ilə insan kütlələrinin çıxarılmasına səbəb olmadı.

Ona görə də Ermənistanda yerli vətəndaş  cəmiyyəti sektoru ilə iş metodunun dəyişəcəyi elan edildi. Maliyyələşməyə yenidən baxılacağı və ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin gücləndiriləcəyi bildirildi.

Yeni səfir Riçard Millsə tapşırıq verilib ki, keçmiş səfirin qeyri-hökumət strukturları ilə iş praktikasındakı nöqsanları düzəltsin. Cənab Millsin belə təcrübəsi var. O, Bağdadda Amerikanın demokratiyanın inkişafı və insan haqları proqramlarını kurasiya edib. Bu məqsədlər üçün onun iştirakı ilə 320 milyon dollardan çox pul ayrılıb. Budur, nəticə yoxdur, İraqda vətəndaş cəmiyyəti istənilən halda formalaşmayıb.

Əgər Nulandın turnesinin nəticələrini maksumum qısa dəyərləndirmək lazım gəlsə, qeyd etmək olar ki, onun Gürcüstana səfəri ölkə daxilində qüvvələrin düzülüşündə xüsusi dəyişikliyə səbəb olmadı. Azərbaycanda isə Birləşmiş Ştatlar bütün əlamətlərə görə indiki hakimiyyətə stavka etdi, ən azından onun Amerikanın xarici siyasətinin mühüm geostrateji aspektləri üzrə əməkdaşlığa hazır olduğu müddətdə.

Ermənistanda isə sürprizlərə hazır olmaq lazımdır. Hələlik hakimiyyət qərbmeylli qüvvələri nisbi nəzarətdə saxlaya bilir. Gələcəkdə buna nail olacaqmı? Böyük sualdır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar