Abdulla Abdullayev ittihamları qəbul etmədi-MƏHKƏMƏ

1334225041_abdulla-abdullayev-amayCümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY şirkətinin qurucusu Abdulla Abdullayev və daha 6 nəfərin işi üzrə məhkəmə prosesi davam edib. Müdafiə tərəfi ittihamın mahiyyətinin təqsirləndirilən A.Abdullayevə aydın olmadığını nəzərə çtadırıb. Belə ki, ittihamda A.Abdullayevin mütəşəkkil dəstə yaradaq banklardan götürdüyü maliyyə vəsaitlərini mənimsəməsi, dövlətə külli miqdarda ziyan vurması, İranda istintaqa məlum olmayan maliyyə vəsaitlərini leqallaşdırması, vəzifə səalihiyyətlərindən sui-istifadə etməsi kimi cinayətlər törətdiyi iddia edilir. Vəkil Osman Kazımlı ittiham aktına əsasən bu ittihamların A.Abdullayevə nə də dərəcədə aid olmasını müəyyən etməyin mümkünsüzlüyünü vurğulayıb. İttiham tərəfi bir tərəfdən A.Abdullayevi mənimsəmədə, dövlətə 48 milyon manat ziyan vurmaqda ittiham edir. Digər tərəfdən isə istintaq müddətində, yəni 2014-cü ilin aprelindən bu yana həmin ziyanın 43 milyon manatının ödənildiyini bildirir. Vəkillər bu ödənişin ittiham aktında dövlətə vurulan ziyanın ödənilməsi kimi əks olunmasına etiraz ediblər. Belə ki, vəkillər bu vəsaitlərin banklardan götürülən kreditlər olduğunu və hələ 2012-ci ilin martında banklara ödənildiyini deyiblər. Bundan əlavə, vəkillər banklara ziyan vurulması ittihamını da əsassız sayblar. Belə ki, həmin kreditləri götürən 31 şirkət banklara daşınmaz əmlak girovu qoyublar, kreditlər verilən zaman isə bəzi əımlakları banklar öz adlarına özəlləşdiriblər. Bundan itəli gələrək, vəkillər istənilən halda bankların əlində girovlar olduğu üçün ziyana düşmələri ittihamını sadəcə absurd kimi dəyərləndiriblər. Vəkillər qeyd ediblər ki, ittiham aktında 114 milyon manatın leqallaşdırılması itithamı da başa düşülən deyil. Belə ki, ittiham aktı və cinayət materiallarında bu qədər vəsaitin leqallaşdırılması haqda ancaq söz keçir. Bu ittihamı əsaslandıracaq bir sübut belə yoxdur. Odur ki, vəkillər ittiham tərəfdən ittihamın mahiyyətinin izah olunması barədə bir daha vəsatət qaldırıblar. İttihamları epizodlar üzrə təhlil edən vəkillər yenə də istintaqı əsassızlıqda suçlayıblar.

A.Abdullayev özü də çıxışında ittihamları qəbul etmədiyini, bütünlükdə ittihamın mahiyyətinin aydın olmadığını deyib. O, hər-hansı mənimsəməyə, dövlətə hər-hansı ziyan vurmağa yol vermədiyini bildirib. İrəli sürülən ittihamların ona aid olmadığını nəzərə çatdırıb.

Dövlət ittihamçısı çıxışında istintaqın dəlillərini müdafiə edə bilməyib. Belə ki, ödənilən 43 milyon manatın ittiham aktında yalnız ödənilməsinin əksini tapdığını, ittihamın birbaşa A.Abdullayevə aid olmadığını söyləyib. Bundan sonra isə 114 milyon manatın leqallaşdırılması məsələsinin izahında da dövlət ittihamçısı yenə də birbaşa A.Abdullayevin günahlandırılmadığını vurğulayıb.

Bugünki məhkəmə prosesində hakimlə vəkillər arasında qalmaqallar yaşanıb. Belə ki, müdafiə tərəfin verdiyi vəsatətləri hakim baxılmamış saxlayıb. Bəzi vəsatətlərə qarşıdakı məhkəmə proseslərində baxıla biləcəyini qeyd edib.

Məhkənə iclasının sonunda Orxan Cəfərov adlı şəxsin məhkəməyə A.Abdullayevə qarşı mülki iddia ilə müraciət etdiyi açıqlanıb. Həmin şəxs qeyri-yaşayış sahəsi almaq istrəkən düşdüyü ziyana görə 2 milyon manat təzminat tələb edir. Vəkillər adı çəkilən məsələ ilə bağlı vaxtilə Ali Məhkəmənin qərarı olduğunu xatırladaraq, müraciətə icraata qəbul olunmaması münasibəti bildiriblər. Bu məsələyə baxılması qarşıdakı məhkəmə prosesinə saxlanılıb. Bundan sonra məhkəmə mart ayının 5-nə kimi təxirə salınıb.

Xatırladaq ki, AMAY şirkətinin qurucusu A.Abdullayev 2014-cü il aprelin 4-də həbsə alınıb. Ona qarşı Cinayət Məcəllləsinin dələduzluq, külli miqrdada mənimsəmə, çirkli pulların leqallaşdırılması, səlahiyyətindən sui-istifadə ittihamları irəli sürülüb.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar