Aslan Aslanov “qorxulu yuxu”sundan danışdı - Məhkəmə ilə hədələdi

“Lamiyə işi”ndə əsas fiqurant olan Şəmkir İcra Hakimiyyətinin sabiq başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanov “Yeni Müsavat”ın son sayındakı “Aslan Aslanovun “qorxulu yuxusu” ölkəyə qayıdır” sərlövhəli məqaləyə münasibət bildirib. O, “Yeni Müsavat”ı məhkəmə ilə hədələyib.

Yada salaq ki, son yazıda A.Aslanovun təzyiqləri nəticəsində ölkədən qaçmış Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı, hazırda axtarışda olan və bu səbəbdən xaricdə gizlənən Bəhmən Nəsibovun ölkəyə qayıtmağa hazırlaşdığı qeyd edilir. Yazıda onun 2011-ci ildə redaksiyamıza yolladığı və qəzetin həmin ilin sentyabr, oktyabr aylarındakı saylarında dərc edilən məktublardan sitatlar vermişdik. Oxucuların nəzərinə çatdırmışdıq ki, B.Nəsibovun məktubları qəzetimizdə dərc ediləndən sonra o dövrdə vəzifə daşıyıcısı olan Səfər Əbiyev və Aslan Aslanovu rahatsız etmişdi.

Çıxış yolu kimi isə B.Nəsibovun Azərbaycandakı qohumlarına təzyiq etməklə onu məktublardan imtinaya məcbur etmişdilər. Bu haqda “Yeni Müsavat”ın 20 sentyabr 2011-ci il tarixli sayında “Qaçaq komissarın gözlənilən video təkzibi yayıldı”, sərlövhəli yazı dərc etmişdik. Yazıda Bəhmən Nəsibovun ölümdən də betər şeylərlə təhdid olunaraq 6-7 dəqiqəlik videoya çəkildiyi qeyd olunurdu.

B.Nəsibov bu gün də xaricdədir və ölkəyə qayıda bilmir. Onun qohumları isə Azərbaycanda yaşayırlar. Ortada B.Nəsibovun qohumlarının təhdid edilməsi iddiası da var.

Maraqlıdır ki, A.Aslanovun son açıqlamasına B. Nəsibovun 2011-ci ildə təhdid altında yaydığı video - müraciəti yeni video kimi təqdim edilir və youtube.com-a 26 fevral 2015-ci ildə yenidən yerləşdirilib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar