Yunanıstanda üsyan başladı - Foto, Video

Yeni baş nazirin verdiyi vədlər və iqtisadi addımları xalqı qane etməyib

Yunanıstanın paytaxtı Afinada yeni hökumətə qarşı etiraz aksiyası başlayıb. Anspress-in məlumatına görə, özlərini, “Hökumətə qarşı çıxan anarxiyaçılar” adlandıran qrup hökumətlə kreditorlar (borc verən) arasında əldə olunan razılaşmaya öz etirazlarını bildiriblər.

Afina universitetinin qarşısında toplaşan təxminən 300 nəfərlik qrup, burdan parlament binasının da yerləşdiyi “Sintagma” meydanına doğru yürüş ediblər.

Yürüş vaxtı təhlükəsizlik tədbiri görən çevik qüvvət polisi ilə onlara daş və "molotof kokteyli" atan aksiyaçılar arasında insident baş verib. Belə ki, çevik polis aksiyaçlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Daha sonra aksiyaçılar ətrafda olan ofislərin, bank şöbələrinin, avtobus dayanacaqlarının və telefon köşklərinin şüşələrini sındırıb, yolda olan avtomobillərə od vurublar.

İlkin məlumata görə, aksiyalar zamanı insan tələfatı və yaralanma hadisəsi qeydə alınmayıb.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" ids="98169,98170,98171,98172,98173,98174,98175,98176,98177,98178"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar