Ukraynada benzin bir gündə 2 qrivna bahalaşdı

Ukraynada fevralın 25-dən etibarən А-95 markalı benzinin qiyməti 2,09 qrivna qalxaraq 1 litr üçün 26,42 qrivna (0,99 AZN) təşkil edib. APA-nın “Ekonomiçeskaya pravda”ya istinadən verdiyi xəbərə görə, А-95 markalı benzinin maksimal qiyməti - 27,26 qrivna Ternopol vilayətində, ən minimal - 25,2 qrivna isə Dnepropetrovsk vilayətində qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl, 23-24 fevral tarixində Ukraynada devalvasiya səbəbindən benzinin qiyməti 1,3 qrivna qalxmışdı.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankının fevralın 26-na müəyyən olunmuş valyuta kursuna əsasən, 1 qrivna 0.0374 AZN təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar