Əli Nağıyev manatın ucuzlaşmasından danışdı

Manatın ucuzlaşması cəmiyyətdə birmənalı qarşılanmadı. Ekspertlərin fikrincə, Mərkəzi Bankın bu addımı gözlənilən olsa da, manatın ucuzlaşması bu həddə olmamalı idi. Məhz bu addımdan sonra qiymətlərin qalxması, bəzi məhsulların bahalaşması gündəmə gəldi. Hakimiyyət rəsmiləri bazara nəzarət ediləcəyini bəyan etsələr də, müxtəlif məhsulların qiymətində artım hiss olunur. Hətta süni qiymət artımına da rast gəlmək mümkündür.

Məsələ ilə bağlı YAP-ın qurucularından biri, 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev Modern.az saytına açıqlama verib: “Azərbaycanda manatın digər valyutalara nisbəti əvvəlcədən ölkənin daxili iqtisadi sisteminin tələbinə uyğun olaraq administrativ yolla tənzimlənib. İndi isə administrativ tənzimlənmənin xeyirli, yaxud da zərərli olduğunu demək üçün makroiqtisadi sistemin ciddi analizindən sonra nəsə fikir demək olar. Bu gün Azərbaycandakı pul-kredit siyasətinin dünya iqtisadi sistemindəki pul-kredit siyasəti ilə birqiymətli əlaqəli olması haqqında fikir söyləmək çox çətindir”.

Sabiq nazirin sözlərinə görə, manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi iqtisadi böhrana səbəb olmayacaq: “Belə ki, ümumiyyətlə, iqtisadi dinamikada uzunmüddətli və qısamüddətli proqnozlar mövcuddur. Hesab edirəm ki, Azərbaycan manatının beynəlxalq valyutaların məzənnəsinə uyğun indiki tənzimlənməsi yenə də administrativ yolla tənzimlənməlidir. Məncə, bunun ciddi iqtisadi nəzəriyyə ilə elə bir əlaqəsi var. Ona görə də bu addımın uzunmüddətli proqnozlarda hansısa formada təsirini göstərəcəyini demək çox yanlışlıq olar. Qısamüddətli proqnozlarda isə Azərbaycanın daxilindəki iqtisadi proseslərin tələbinə uyğun qərar olmasını söyləmək çətindir. Ola bilər ki, qısamüddətli proqnozlarda özünü doğruldacaq. Əhalinin maliyyə durumuna bu prosesin özünü necə göstərəcəyinə gəldikdə, hörmətli prezidentimizin dediyi kimi, bunu administrativ yolla tənzimləmək üçün proseslərə nəzarət edən dövlət qurumlarının əlində kifayət qədər səlahiyyətlər və metodlar mövcuddur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar