Kredit borclarının müddəti uzadılır

Kredit götürənlər ilə banklar arasında mübahisə böyüyür.

Dollar ilə kredit alanlar banka borclarını köhnə məzənnə ilə qaytarmaq istəyirlər. Onlar bildirirlər ki, bir anda borclarının 34% qalxması vəsaitin geri qaytarılmasında çətinlik yaradır.

Banklar isə müştərilərinin ödəniş qrafikinə yenidən baxaraq, borcun müddətinin uzadılmasını təklif edirlər.

Məsələn, banka 6 ay borcu qalan şəxsə borcunu 9 aya ödənilməsi təklif olunur. Bu halda aylıq ödəniş məbləği aşağı düşdüyündən, müştərinin üzərinə düşən aylıq yük azalır.

Banklar bilirirlər ki, kredit hansı valyutada götürülübsə, həmin valyuta ilə də geri qaytarılmalıdır. Bu da borcun yeni məzənnə ilə ödənilməsi deməkdir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar