Vergilər Nazirliyindən Hafiz Məmmədova: “Borcunu ödə”

İş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı davam edir. Axar.az-ın məlumatına görə, klub rəhbəri Hafiz Məmmədovun maliyyə problemləri ucbatından “Bakı” həm çıxışlarında zəifləyib, həm də oyunçularına maaş verə bilmir. Klubun maliyyə probleminə isə daha biri əlavə olunub.

Vergilər Nazirliyi vergi borcunu ödəməyənlər barədə növbəti məlumat yayıb. Məlumatda vergi borcunu ödəməyən 388 vergi ödəyicisinin olduğu qeyd edilib. Nazirliyin yaydığı məlumatda vergi borcunu ödəməyənlər arasında iş adamı Hafiz Məmmədovun “Bakı” futbol klubu da var. Nazirlik futbol klubunun rəhbərliyinə vergi borcunu ödəmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, klubun yanvar ayının əmək haqları AFFA tərəfindən ödənilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar