Ohanyan Rusiyanın Qarabağ müharibəsində iştirakından danışdı

Rusiya Ermənistanın strateji əməkdaşıdır və onun təbii ki, bizim ölkənin hərbi təhlükəsizliyinə vasitəçilik etməsinə dair hüquqi öhdəçilikləri var.

Bundan başqa, Rusiya və Ermənistan KTMT-nın təsisçi ölkələridir, müvafiq olaraq çoxtərəfli münasibətlər formatında kollektiv təhlükəsizliyə dair qarşılıqlı öhdəçiliklərə malikdirlər.

Oxu.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bunları “Reqnum”a verdiyi müsahibəsində bildirib.

Ohanyanın sözlərinə görə, hər iki dövlətin baş qərargahı artıq birinci il deyil ki, Ermənistana qarşı hərbi aqressiya olacağı halda birgə hərəkət üzrə operativ planlama işləri aparırlar.

“Ümumilikdə Ermənistana qarşı müharibə başlasa Rusiya Ermənistan Respublikası və Rusiya Federasiyası arasında 29.08.1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı yardıma dair müqavilənin, 1995-ci ilin martın 16-da imzalanmış Ermənistan Respublikası ərazisində hərbi bazası barədə müqavilənin və 1992-ci ilin may ayının 15-də imzalanmış Kollektiv təhlükəsizlik barədə müqavilənin müddəalarında göstərilmiş öhdəçiliklərinə riayət edəcək”, - erməni nazir bildirib.

Azərbaycana Rusiyadan silahın çatdırılmasına dair suala cavab verən Ohanyan bəyan edib ki, bu məsələ onlar üçün çox delikat bir məsələdir: “Bir tərəfdən biz anlayırıq ki, istənilən müstəqil dövlətin silah satmaq hüququ var, amma eləcə də ehtimal edirik ki, strateji əməkdaşın maraqları və çəkindiyi məsələlər də nəzərə alınmalıdır. Ümid edirəm ki, bizim rusiyalı əməkdaşlarımız Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa yorulmadan nəzarət edirlər və qonşumuzun “silah mübtəlalığını” mümkün qədər azaltmağa çalışırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar