Rusiyadakı "donuz qripi"nin Azərbaycana təhlükəsi varmı?

Rusiyada qripin mövsümi artımı başlasa da, Azərbaycanda qripin artımı müşahidə edilmir. Bunu "Trend"-ə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Rusiyada epidemoloji sezon dövründə 60-dan çox insanın “donuz qripi”nə yoluxmasına və bu infeksiyanın Azərbaycana keçmə ehtimalına münasibət bildirərkən deyib.

Ş.Məmmədov Azərbaycanda “donuz qripi”nin yayıla bilməsi ilə bağlı narahatçılığa əsas görməyib.

Onun sözlərinə görə, qış dövründə qripin yayılmasının qarşısını almaq üçün ona qarşı profilaktik tədbirlər hər il aparılır. “Donuz qripi” ilə adi qripin yoluxma yolları eyni, əlamətləri oxşar olduğundan onlara qarşı həyata keçirilən profilaktik tədbirlər oxşardır. Bu baxımdan, Azərbaycanda “donuz qripi”nə qarşı əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur və buna ehtiyac da yoxdur.

Ş.Məmmədov əlavə edib ki, əslində, “donuz qripi” – H1N1 virusu adi qripdən daha zəifdir: “Qrip adi asqırmaq, öskürmək deyil. Qrip daha ağır kəskin respirator infeksiyadır. Ona yoluxmanı yalnız laboratoriya təyin edir”.

Onun sözlərinə görə, qripdən ölüm halları da “donuz qripi”ndən bir neçə dəfə çoxdur. Adi qripə yoluxma 5 faiz hallarda ölümlə nəticələnsə də, “donuz qripi”ndə ölüm halları 2 faizdən aşağı olur: “Sadəcə olaraq, adi qrip kimi "donuz qripi"nin də tez bir zamanda insanlar arasında yayılma xüsusiyyətləri var. Qış dövründə insanlar qapalı məkanlarda çox olduğundan yayılma da çox olur”.

Xəstəliklərə qarşı profilkatik tədbirlərin nələrdən ibarət olduğuna gəldikdə, Ş.Məmmədov deyib ki, qripin əlamətlərini hiss edən şəxslər həkimə müraciət etməli, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidirlər. Xəstəliyi yaymamaqdan ötrü ictimai yerlərdə daha az olmağa çalışmalıdırlar: “İnsanlar sağlam həyat tərzi sürməlidirlər. Orqanizmi möhkəmləndirən qidalar qəbul etməli, siqaret, içkilərin qəbulunu azaltmalı, yaxud da heç istifadə etməməlidirlər. Çünki onlar insanın immun sistemini zəiflədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar