Fevralın son gününə hava proqnozu

Sabah gün ərzində əsən cənub küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək

Fevralın son günündə hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 28-də havanın gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, bəzi şimal və şərq rayonlarında çiskin olacağı ehtimal olunur. Cənub küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar