Rusiya Ukraynanın qazını kəsə bilər

Rusiyanın enerji naziri Aleksandr Novak deyir ki, 2 mart Brüssel görüşündən öncə Rusiya Ukraynana qaz təchizatını kəsə bilər.

Novak fevralın 27-də Krasnoyarskda iqtisadi forumda danışıb. Onun sözlərinə görə, Rusiyanın Gazprom şirkəti hələ də mart üçün 15 milyon dollarlıq ilkin ödənişi almayıb.

Oktyabrda Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunan razılaşmada deyilir ki, Ukrayna Rusiya qazını alacaq, ancaq pulunu qabaqcadan verməlidir.

Ukraynanın Naftogaz enerji şirkəti isə bu həftənin əvvəlində gileylənib ki, öncədən pulunu verdiyi qazı tam həcmdə almır. Gazprom isə cavabında deyib ki, qazın bir hissəsi rusiyapərəst separatçıların nəzarətində olan şərq hissəyə göndərilir.

Ukraynaya qaz təchizatının dayandırılması Avropaya da təsirini göstərəcək.

Novak forumda jurnalistlərə deyib ki, Brüsseldə 2 mart görüşünə qatılacaq. Görüşün məqsədi iki ölkənin qaz mübahisəsini həll etməkdir ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar