XİN-in qara siyahısında 435 nəfərin adı var

xin hikmet haciyevAzərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında 435 nəfərin adı var. 2013-cü ildən bəri 10 nəfərin adı onların özlərinin müraciəti əsasında bu siyahıdan çıxarılıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bir çox hallarda Dağlıq Qarabağa qeyri-qanuni səfərlər işğal olunmuş ərazilərə səfər edən şəxslərin məlumatsızlığı nəticəsində baş verir: “Ermənilər aldatma yolu ilə Dağlıq Qarabağa qeyri-qanuni səfərlər təşkil edir. Xarici vətəndaşlar anlamalıdırlar ki, Azərbaycanın rəsmi icazəsi olmadan həmin ərazilərə hər hansı bir səfər Azərbaycan qanunlarının kobud şəkildə pozulması deməkdir və nəticədə həmin şəxslər Azərbaycanın arzuolunmaz şəxslər siyahısına salınır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar