Arif Yunusun şikayəti təmin edilməyib

leyla arif yunusBu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Ötən il avqustun 5-də həbs edilən A. Yunusun barəsində məhkəmə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Oktyabr ayında həmin müddət fevral ayına, fevralın 23-də isə 5 ay artırılıb. Apellyasiya şikayəti sonuncu məhkəmə qərarından verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar