Bakıda xüsusi əməliyyat

Keçirilən əməliyyat zamanı silah və sursat aşkarlanıb

Bakıda evlərin birindən silah və sursat aşkarlanıb. Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş “Marqolin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Hazırda həmin silahların hansı yolla əldə olunduğu və nə məqsədlə saxlanıldığı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar