Daha bir yolda hərəkət məhdudlaşacaq

bagli yol temirBakıda daha bir yolda nəqlioyyatın hərəkəti məhdudlaşacaq. “Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq fevralın 28-i axşam saat 20.00-dan martın 1-i səhər saat 8.00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar