Bakıda daha bir avtobus qəza törətdi - Foto

Paytaxtda sərnişin avtobusu qəza törədib.

APA-nın məlumatına görə, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb. 30 nömrəli marşrut xətti üzrə hərəkət edən “10-TG-380” dövlət nömrə nişanlı sərnişin avtobusu arxadan “90-LK-910” nömrəli “Mercedes”ə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar