Şam cəbhəsi İŞİD-i geri çəkilməyə məcbur etdi

Şam cəbhəsi İŞİD-i geri çəkilməyə məcbur edib. Musavat.com-un məlumatına görə, Suriya müxalifətinin vahid cəbhəsi hesab edilən Şam cəbhəsi İŞİD-in Hələbə hücumlarının qarşısını alıb və terror təşkilatını geri çəkilməyə məcbur edib. Şam cəbhəsinin komandirlərindən olan Hassun Zeydan bildirib ki, İŞİD silahlıları iki kəndi alsa da Şam cəbhəsi onları kəndləri boşaltmağa məcbur edib.

Zeydan həmçinin İŞİD-lə Şam cəbhəsi arasında şiddətli döyüşlər getdiyini, top atəşindən xeyli sayda İŞİD-çinin yaralandığını qeyd edib. Şam cəbhəsinin komandiri bildirib ki, İŞİD onlarla savaşa girərək Əsəd ordusuna qarşı döyüşlərə mane olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar