Türk nazir manatdan danışdı - "Ucuzlaşma labüd idi"

Azərbaycan milli valyutasının devalvasiyası haqqında qərarı ölkəyə olan idxalın qiymətinin artması ilə nəticələnəcək. Lakin bu Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrə təsir etməyəcək. Azvision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Nazir hesab edir ki, Azərbaycanın bu addımı qaçılmaz idi: “Dünyada neftin qiymətləri sürətli şəkildə aşağı düşür. Azərbaycanın isə azalda bilmədiyi xərcləri var. Bu vəziyyətdən çıxmaq üçün də devalvasiya labüd idi. Hesab edirəm ki, indi ölkə rahat nəfəs alacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar