Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərinin adı müəyyənləşib.

Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.

1/16 finalında "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu növbəti mərhələdə "Brügge"yə (Belçika) rəqib olub. "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" (Ukrayna) 1/8 finalda "Ayaks"la (Hollandiya), İtaliya "İnter"i isə "Volfsburq"la (Almaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:

“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna)

“Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)

“Zenit” (Rusiya) - “Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)

“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)

“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)

“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar