Sirac Kərimlinin məhkəməsi təxirə salındı

Narkotik maddə saxlamaqda ittiham edilən müsavatçı Sirac Kərimlinin məhkəməsi martın 5-i saat 15:00 a təxirə salınıb. Musavat.com əməkdaşının Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədən verdiyi xəbərə görə, sonuncu şahid Vidadi Məmmədov ifadə verib.

Sirac Kərimli məhkəmədə ifadə verərək, bir daha özünü təqsirli bilmədiyini söyləyib.

Proses zamanı ifadələrdə kifayət qədər ziddiyyətli məqamlar ortaya çıxıb.

Vəkilin əlavə şahidlərlə bağlı vəsatəti və DİN-ə təcili tibbi yardımla bağlı sorğu göndərilməsi vəsatəti məhkəmə tərəfindən təmin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar