"Ağır silahlar çıxarılır, amma ..." - Ukrayna

“Ukrayna ordusu ağır silahları cəbhə xəttindən çıxarır, amma qarşı tərəfin də bunu etdiyini görməsək bu silahları geri qaytaracağıq”

Bunu Ukrayna Milli Təhlükəsialik və Müdafiə Şurasının sözçüsü Andriy lysenko fevralın 27-də Kiyevdə keçirdiyi mətbuat konfransında deyib:

“Biz artıq silahlarımızın bir hissəsini çıxarmışıq və proses davam edir.

Amma əgər qiyamçılar tərəfindən belə bir hərəkət görməsək, biz öndə qalan uşaqlarımızı qorumaq üçün bu silahları geri qaytaracağıq.

Bir daha qeyd edirəm, ağır silahlar çıxarılır, amma silahlı dviziyalarımız öz mövqelərində qalır”.

Ukrayna ordusu son 24 saat ərzində 3 əsgərinin öldüyünü, 7-nin yaralandığını xəbər verir.

Hərbçilər yanvarın 27-də cəbhə xətti və Donetsk hava limanı ətrafındakı kəndlərdə silahlı toqquşmalar olduğunu deyirlər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları geri çəkməli idilər.

Hər iki tərəf ağır silahların cəbhə xəttindən geri çəkilməsinə başlandığını deyir.

Amma bunu ATƏT-in müşahidəçiləri də təsdiqləməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar