Bahalaşma ilə bağlı daha bir rəsmi açıqlama - VİDEO

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin artması təkcə milli valyutanın məzənnəsindəki dəyişiklərlə bağlı deyil". ANS TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir onu da əlavə edib ki, həm yerli, həm də idxal olunan kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan qiymət artımının qarşısının alınması üçün hökumət monitorinqlərə başlamalıdır.

Siyasi qərarlardan tutmuş beynəlxalq arenada, eləcə də qonşu ölkədəki baş verən məzənnə dəyişikliyi, bu kimi onlarla faktor artıma təsir edir. Bütün bu amillər kontekstində monitorinqlər aparılmalıdır ki, təsir edən amillər nədən ibarətdir. Təsir edən amillərin neqativ təsirinin aradan qaldırılması üçun dövlət ətərəfindən hansı tədbirlər görüləcək. Məhsulun maya dəyərinin aşağı salınması, təklifin artırılması, güzəştlərin yüngülləşdirilməsi və s. bu kontekstdə əks qabaqlayıçı tədbirlər görüləcək ki, bu qiymət artımına yol verilməsin” - deyə Heydər Əsədov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar