"Avropa Oyunlarına xərclənən vəsait ciddi şəkildə yoxlanılır"- Azad Rəhimov

[caption id="attachment_98382" align="alignleft" width="300"] Azad Rəhimov[/caption]

"Öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur"

"Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istəyirəm. Bu öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur". Musavat.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bundan əvvəl keçirilən London, Soçi və digər Olimpiya Oyunlarında da belə öhdəliklər mövcud olub. Bu təcrübə beynəlxalq idman aləmində geniş yayılıb və hər hansı istisna halı kimi qəbul edilməməlidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək. Oyunları izləyən beynəlxalq tamaşaçı auditoriyası sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək.

Azad Rəhimov qeyd edib ki, Oyunlar üçün ayrılan və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar