“Qarabağ münaqişəsinin həll perspektivi dumanlıdır...”- ABŞ kəşfiyyatı

Dağlıq Qarabağ münaqişəsinin həll perspektivi dumanlı olaraq qalır. Musavat.com xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Kleper ABŞ Konqresinə beynəlxalq təhdidlər haqda dəyərləndirmə təqdim edərkən bildirib. Sözügedən qurumun saytında belə bir məlumat yerləşdirilib.

“2014-cü ildə erməni-Azərbaycan təmas xəttində gərginliyin artması və rekord sayda ölüm halları ilə yadda qalıb. Zorakılığın belə artımı göstərir ki, qarşı duran qüvvələrin bu dərəcədə bir-birinə yaxın olması özündə yanlış hesablamalar və gözlənilməz gərginliklər riskini daşımaqda davam edir. Yaxın perspektivdə konfliktin həlli dumanlıdır”, - deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar