PUTİNİN ƏSAS RƏQİBİ ÖLDÜRÜLDÜ - Qətlin təfərrüatı -VİDEO

Rusiyanın tanınmış siyasətçisi, hazırda müxalifət liderlərindən biri olan Boris Nemtsov qətlə yetirilib

Rusiyanın tanınmış siyasətçisi, müxalifətin liderlərindən biri Boris Nemtsovun qatillərinin yaxalanması ilə bağlı "əməliyyat planı" tətbiq edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva bildirib.

Onun sözlərinə görə, hal-hazırda cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçirirlər: "İlkin məlumata görə, Boris Nemtsova atəş açılan zaman onun yanında Kiyevdən gəlmiş 1991-ci il təvəllüdlü bir qız olub. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemtsova bir neçə dəfə atəş açılıb. O, hadisə yerində ölüb".

Yelena Alekseyeva daxili işlər naziri Vladimir Kolokoltsev və Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakuninin hadisə yerinə gəldiyini bildirib.

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin də baş vermiş cinayətlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar: "Faktla bağlı cinayət məcəlləsinin "Qəsdən adam öldürmə" və "Qanunsuz silah gəzdirmə" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır". DİN nümayəndəsi Nemtsovun bu gün Kiyevdən Moskvaya gəldiyini də bildirib.

Nemtsovun ölümündən 20 dəqiqə əvvəl verdiyi sonuncu müsahibə

Vesti Rossii radiosuna danışan mərhum Nemtsov Ukrayna hərbçisi Nadezhda Savchenko haqqında danışır. Nemtsov deyir ki, müxalifətin martın 1-ə təyin olunan etiraz mitinqində Nadezhda Savchenko-nun azad olunması tələbi də səslənəcək. Xatırladırıq ki, Ukraynada Rusiya jurnalsitlərinin ölümündə ittiham olunan Savchenkonun Rusiya xüsusi xidmət orqanları tərəfindən oğurlandığı bildirilir. Rusiya iddia edir ki, Savchenko qaçqın kimi Rusiya ərazisinə keçəndə saxlanılıb. Müsahibədən bir hissə - Nemtsov "Vaxtilə Yeltsin məni özünə varis seçmək istəyirdi. Sonra fikrini dəyişib, Putini seçdi. Bu da onun ən böyük səhvi oldu"

Boris Nemtsov iki həftə əvvəl “Sobesednik” adlı Rusiya qəzetinə verdiyi müsahibədə deyib ki, Putin onu öldürtdürə bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Boris Nemtsovun ailəsinin vəkili bildirib ki, mərhum B.Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: "Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı". Vadim Proxorov Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də söyləyib.

Öz növbəsində, hüquq-mühafizə orqanları B. Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.

ObamaABŞ prezidenti Barak Obama Boris Nemtsovun qəddarcasına öldürülməsini tənqid edərək Rusiya hökumətini qətllə bağlı təcili, ədalətli və şəffaf araşdırma aparmağa və qətlə görə məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmasına çağırıb.

"Ölkəsinin yorulmaz müdafiəçisi olan Nemtsov Rusiya vətəndaşlarının hamısının layiq olduqları hüquqları əldə etməsinə çalışırdı. Mən Nemtsovun Rusiyada korrupsiya əleyhinə apardığı cəsarətli mübarizəsini təqdir edir və 2009-cu ildə Moskvada onunla görüşəndə fikirlərini mənimlə bölüşdüyünə görə ona təşəkkürümü bildirirəm", - prezident Obamanın bəyanatında deyilir.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="7" ids="98451,98452,98453,98454,98455,98456,98457"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar