Yanukoviçin silahdaşı özünü 17-ci mərtəbədən atdı

Ukraynada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini Mixail Çeçetov intihar edib. APA-nın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Artyom Şevçenko özünün Facebook səhifəsində yazıb. “Məhkəmə-tibbi ekspertizadakı etibarlı mənbə bildirib ki, hadisə bu gecə saat 01 radələrində Kiyevdə baş verib. Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindən yerə atıb”, - deyə A. Şevçenko bildirib.

O qeyd edib ki, hadisə baş verən zaman M. Çeçetovun həyat yoldaşı evdə olub. İlkin məlumatlara görə, M. Çeçetov ölümündən öncə məktub yazıb. Xatırladaq ki, fevralın 21-də Kiyevin Peçorsk Rayon Məhkəməsi M. Çeçetovun həbsi haqqında qərar çıxarıb. Eyni zamanda ona 5 mln. qrivnalıq pul girovu müqabilində azadlığa çıxmaq imkanı verilib.

Çeçetov səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar