ABŞ Nalbandyanı təkzib etdi: Kəlbəcər girovları ilə bağlı çağırış

ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik vasitəsi ilə Dağlıq Qarabağ separatçılarına iki azərbaycanlı girovun qaytarılması ilə bağlı çağırış etdiyini bir daha təsdiqləyib.

APA-nın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin girovların geri qaytarılması ilə bağlı müraciət etmədikləri ilə bağlı açıqlamasına belə münasibət bildirib: “Mən bu çağırışı burada mətbuat konfransında etmişəm. Bu isə Dövlət Departamentinin, həmçinin bütün yüksək çinli şəxslərin mövqeyini əks etdirir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar