"Bir neçə gün əvvəl Nemtsova dedim..." - Saakaşvili

Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna prezidenti Pyotr Poroşenkonun komandasında çalışan Mixail Saakaşvili ötən gecə öldürülən Boris Nemtsovla son görüşü barədə danışıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Saakaşvili rusiyalı siyasətçi ilə bir neçə gün əvvəl Kiyevdə görüşdüyünü deyib. “Mən Boris Nemtsovla sonuncu dəfə bir neçə gün əvvəl Kiyevin Fermont mehmanxanasında görüşdüm. Biz günorta yeməyi yedik və bu zaman onun öz tərəfdarları ilə Moskvada keçirmək istədiyi marş barədə danışdıq.

Təbii ki, mən ondan Rusiyada öz təhlükəsiziyi üçün qorxub-qorxmadığını soruşdum. O isə cavab verdi ki, Putin “ponyatka”larla yaşayır və onu keçmiş dövlət məmuru kimi çətin ki, uzun müddət həbsdə saxlasınlar. Mənsə Nemtsovun sözünü kəsdim və dedim ki, onun içdiyi çaxırdan zəhərlənmə ehtimalı həbs olunması ehtimalından daha çoxdur. Lakin onun üz ifadəsinə baxaraq zarafatın yersiz olduğunu anladım”.

Mixail Saakaşvili Nemtsovla Putin barədə xeyli müzakirə apardıqlarını xatırladıb: “Bundan sonra Putinin aqibəti barədə xeyli danışdıq. İkimiz də razılaşdıq ki, onun hərəkətləri ilə Miloşeviçin hərəkətləri arasında oxşar paralellər çoxdur. Müharibənin populyar etdiyi Miloşeviçi də elə müharibə məhv etmişdi. Bu gün isə mən Miloşevçini də müxalifətçiləri öldürdüyünü xatırlayıram”.

Saakaşvili qeyd edib ki, Boris Nemtsov çox cəsur insan idi: “Onunla mübahisə etmək və razılaşmamaq olardı, amma laqeyd qalmaq mümkün deyildi.

Onu 90-cı illərdən tanıyıram və biz xüsusən son illər tez-tez danışırdıq. Həyatdan başqa xalqların dostu, eyni zamanda şər qüvvələrinin idarə etdiyi Rusiyanın əsl vətənpərvəri olan maraqlı insan getdi. Çox təəsssüf ...”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar