Nemtsovun son qeydləri: “Putin - müharibədir, Putin böhrandır”

Ötən gecə Moskvanın mərkəzində qətlə yetirilən Boris Nemtsovun bloqundakı sonuncu qeydlərində müxalifət düşərgəsindən olan “Yabloko” Partiyasını tənqid edilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, martın 1-də Moskvanın Marinyo rayonunda “Yaz” marşı adlı etiraz aksiyasına hazılrlaşan Nemtsov “Yabloko” Partiyasının yürüşə qoşulmaqdan imtina etməsini və ayrıca aksiya keçirmək istəməsini tənqid edib.

Yabloko” martın 1-də ayrıca aksiya keçirəcək. Açığı bu, bizim Marinyodakı marşa təsir etməsə də, kənardan qəribə görünür”.

Nemtsov “Yabloko” Partiyasının Marinyodakı marşı Moskvanın mərkəzindən uzaqda olması fikri ilə razılaşmayıb: ““Yaboloko”nun Marinyodakı marşın uzaqda olması ilə bağlı arqumenti ilə razı deyiləm. Müxalifət həm Marinyoda, həm Biryulovda, həm də Butova da işləməyi bacarmalıdır. Hər yerdə. Marinyoda 300 min layiqli moskvalı var.

Digər tərəfdən, “Yaboloko”dan olan həmkarlarımın Marinyodakı aksiyanın müharibə əleyhinə aksiyası olmaması barədə dedikləri də inandırıcı deyil: “Bizim marşımızın əsas şüarları “Putin- müharibədir”, “Putin - böhrandır”, “Ayıl ölkə” və s. hər kəsə məlumdur.

Kim Ukrayna ilə Rusiya arasında müharibənin başa çatmasına, kim Putin aqressiyasının dayandırılmasına tərəfdardırsa, martın 1-də Marinyodakı “Yaz” marşına gəlin. Gəlin və və dost-tanışlarınızı da gətirin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar