ABŞ UKRAYNANI ƏRƏBLƏRİN ƏLİLƏ SİLAHLANDIRIR - "Ərəblər Putindən qorxmur"

“Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında silah satışı barəsindəki müqavilə bağlanmsı Moskvanın bərk narazılığına səbəb olub. Əksər anlitiklər əmindirlər ki, ABŞ bu üsulla dolayı yolla özünün ərəb müttəfiqləri vasitəsilə Ukraynanı silahlandırır. Əlbəttə, Kiyev bu hərəkətlərinə görə ərəblərə təşəkkür edərək onların addımlarını alqışlayıb”. Bu fukirlər tanınmış “The Times” qəzetində yer alan “ABŞ Ukraynanı ərəblərin əli ilə silahlandırır” başlıqlı məqalədə yer alıb.

Məqalədə daha sonra bildirilir ki, Ukrayna ilə BƏƏ arasındakı silah sövdələşməsi şərqi Ukraynadakı hərbi münaqişə üçün yeni üfüqlər açacaq: “Həmçinin bu sövdələşmə Qərbin əsas niyyətinin üçüncü ölkələrin köməyi ilə Ukraynanın silahlandırmaq olduğuna dair müzakirələrə yol açıb.

Bununla əlaqədar Ukrayna hökümətinin yaydığı məlumatda bildirilir ki, iki ölkə qarşılıqlı anlaşma haqqında memerandum imzalayıb. Həmin sənədə uyğun olaraq da ilkin mərhələ üçün Birləşmiş Ərəb Əmirliklərindən 110 milyon dollar məbləğində hərbi texnika alınması nəzərdə tutulur.

Prezident Petro Poraşenko bildirib ki, aparılan danışıqlar öz paraktik nəticəsini verib və Ukrayna ən yaxın zamanda lazımı müdafiə silahlarının alınmasına ümüd edir.

Ukrayna hökümətinin mətbuat xidməti isə sövdələşmənin detalları barəsində heç bir məlumat verməyib. Lakin daxili işlər nazirinin müşaviri Anton Geraşenko silah alınması ilə əlaqədar, öz“Facebook” səhifəsində yazıb: ”Diqqət etmək lazımdır ki, avropalı və amerikalıların Üçüncü Dünya Müharibəsinın yarana biləcəyi təhlükəsindən çətindikləri halda, ərəblər Putinin təhdidlərindən qorxmurlar”.

BƏƏ ABŞ-ın Yaxın Şərq regionundakı ən yaxın müttəfiqlərindən biridir. Ancaq onlar Ukrayna ilə də birinci dəfə deyi ki, əməkdaşlıq edirlər. Bu ölkənin silah ehtiyatında Ukraynaya lazım ola biləcək xeyli sayda ABŞ hərbi texnikası var.

Böyük Britaniyanın “Royal United Services” İnstitunun elmi əməkdaşı İqor Sutyaqinin sözlərinə görə bu unikal sövdələşmə Qərbin Minsk razılaşmasından sonrakı növbəti addımıdır.

Kreml2Analitiklər gözləyirdilər ki, bu sövdələşməyə Rusiya kəskin reaksiya verəcək. Moskva iddia edəcək ki, ABŞ üçüncü ölkələrin əli ilə Ukraynanı silahlandırır.

Doğurdan da Moskva bu hadisəyə çox tənqidi yanaşıb, amma Qərbi ittiham etməyib. Hərbi analitik Teodor Karasık məsələ barəsində deyib: “BƏƏ balanslaşdırılmış strateji gedişlərdən istifadə edir.U krayna ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması , Rusiyanın Suriyadakı siyasətindən BƏƏ-nın narazı olmasını göstərir”.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar