Moskva Nemtsovun qətlini islamçıların üzərinə atmaq istəyir - RƏSMİ VERSİYA

Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin müxalifətçi Boris Nemtsovun ölümü ilə bağlı əsas versiyaları açıqlayıb.APA-nın qurumun rəsmi saytında yer alan məlumata görə, onların arasında islam-ekstremizmin izləri ilə bağlı versiya da var.

B. Nemtsovun Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən hücumla bağlı mövqeyinə görə təhdidlər alıb. Araşdırmalara əsasən qətlə səbəb Rusiyada siyasi sabitliyi pozmaq üçün təxribat ola bilər.

Həmçinin Rusiya İstintaq Komitəsi müxalifətçilərin ölümünə səbəblər arasında Ukraynadakı vəziyyəti, o cümlədən Boris Nemtsovun kommersiya fəaliyyətini və ya şəxsi düşmənçilik versiyalarını nəzərdən keçirir.

V. Markinin sözlərinə görə, aparılan araşdırmalar zamanı müəyyən nəticələr əldə olunub. O bildirib ki, Nemtsovun yanında olan xanımla yanaşı hadisə şahidi olmuş digər şəxslər sorğu-suala cəlb edilib: “Mütəxəssislər cinayət anından əvvəl və sonrakı telefon danışıqlarının detallarını araşdırırlar. Hazırda Boris Nemtsovun hərəkət marşrutu üzrə müşahidə kameraları öyrənilir. Ehtimallara əsasən, atəş “Makarov” tipli tapançadan açılıb. Hadisə yerinə baxış zamanı 9 mm kalibrli 6 ədəd giliz aşkar edilib. Məlum olub ki, tapançanın sandığı müxtəlif güllələrlə doldurulub”.

O həmçinin qeyd edib ki, cinayəti törədən şəxs B. Nemtsovun hərəkət marşrutundan xəbərdar olub, cinayət incəliklə planlaşdırılıb.

Belə görünür ki, Moskva Nemtsovun ölümü islamçıların üzərinə atmaq istəyir.

Ancaq “Amnesty İnternational” artıq Nemtsovun qətlini Putin rejiminin adına yazıb. Boris Nemtsovun qətli hərtərəfli araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”. Musavat.com-u xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty İnternational”ın Moskva nümayəndəliyinin direktoru Sergey Nikitin bildirib.

“Cəzasızlıq mühiti, insan haqlarının pozuntusunda iştirakı olanların tapılıb məsuliyyətə cəlb edilməsində siyasi iradənin yoxluğu, hüquq-mühafizə sisteminin aşkar qeyri-peşəkarlığı ölkədə nifrət və dərəbəylik atmosferi yaradıb. Bu günədək Politkovskayanın, Estemirovanın, bir şox digərlərinin qətlinin sifarişçiləri tapılmayıb. Nemtsovun qətli hərtərəfli araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Sistem bunu istəyəcəkmi”, - deyə təşkilat rəsmisi sual edib?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar