Nemtsovun qatillərinin maşını Moskvada tapıldı - Foto
Baxiş sayı:
Dərc olunub:
28/02/2015 - 17:11
Moskvanın mərkəzində atılmış avtomobil tapılıb. Belə güman edilir ki, bu maşın dünən gecə qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun qatillərinin hadisə yerindən qaçarkən istifadə etdiyi avtomobildir. Virtualaz.org saytı Rusiya KİV-lərinə istindən xəbər verir ki, həmin maşın metronun “Smolenskaya” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində park edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda maşına baxış keçirirlər.
Onu da qeyd edək ki, fevralın 28-nə keçən gecə 4 güllə vurulmaqla qətlə yetirilən Boris Nemtsov martın 3-də Moskvadakı Troekurovsk qəbiristanlığında dəfn olunacaq. Onunla vida mərasimi həmin gün Moskvadakı Saxarov Mərkəzində keçiriləcək.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.