"Bu xəyanətin sənədidir" - MHP

Türkiyə hökuməti ilə PKK arasında gedən “Həll prosesi”ndə fəal iştirak edən HDP heyəti Baş nazirlik binasında dövlət rəsmiləri ilə görüş keçirib. Musavat.com-un mlumatına görə, görüşdən sonra hökumət rəsmisi və HDP heyəti ortaq açıqlama verib. Açıqlamada PKK lideri Abdullah Öcalanın növbədənkənar qurultay çağırışı etdiyi bildirilib. Qurultayda PKK-nın silahları yerə qoymasının müzakirə olunacağı gözlənilir. Hökumət rəsmiləri ilə HDP-nin ortaq açıqlaması Türkiyə tarixində ilk dəfədir ki, baş tutur.

Hökumət adından baş nazirin müavini, HDP adından isə Sirri Süreyya çıxış edib. Baş nazirin müavini Yalçın Akdoğan bildirib ki, silahların yerə qoyulması prosesinin sürətlənməsi və küçə aksiyalarına son verilməsi üçün bu açıqlama çox vacibdir.

Çox keçmədən Türkiyə hökuməti ilə HDP-nin ortaq açıqlamasına MHP-dən reaksiya gəlib.

MHP başqanının katibi Oqtay Vural bunu vətənə xəyanət adlandırıb. Oqtay Vural bildirib ki, bu çağırış silahları yerə qoymaq üçün deyil, vətəni, milləti PKK-ya qurban verməkdir: “Tərksilah olmaq yox, bu PKK-ya təslim olmaq müqaviləsidir. Bu xəyanətin sənədidir. PKK-nın silahla edə bilmədiyini AKP “tərksilah” adı ilə eləyir. Bu razılaşma kiminlə imzalanıb? İmzalayan Ərdoğanla Öcalandırmı?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar