DİN-dən xüsusi açıqlama: "Qatil axtarılır..."

Daxili İşlər Nazirliyi Bakının Suraxanı rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 27-də Suraxanı qəsəbəsində qəsəbə sakini Teymur Məmmədov münaqişə zəminində həmyerlisi İlham Feyzulinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Yaralı ağır bıçaq zərbələrilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya yerləşdirilən İ.Feyzulin orada ölüb.

Hadisəni törədən Teymur Məmmədov polis tərəfindən axtarılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar