Nemtsovun qatili olduğu güman edilən şəxslərin görüntüsü - VİDEO

Bu gün Moskvada metronun “Smolenskaya” stansiyasının yaxınlığında tapılmış maşında hərəkət edən iki kişi videomüşahidə kameralarına düşüb.

İlkin ehtimala görə, qatillərin hadisə yerindən qaçdığı maşın məhz həmin şəxslərə məxsus “Lada-Priora” markalı avtomobilin özüdür.

Bununla belə əməliyyat-axtarış qrupunun üzvləri buna hələ 100 faiz əmin də deyillər. Videoda görünən şəxslərin məşhur rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinə aidiyyətinin olması da hələ tam dəqiq deyil. Xəbərə görə, Nemtsovun qatilləri olduğu güman edilən kişilərdən birinin sürdüyü maşın İnquşetiya sakini olan və hazırda Nazranda yaşayan bir qadına məxsusdur. (Virtualaz.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar