“Nemtsovun qətli üçün hakimiyyət bütün şəraiti yaratmışdı...”

7NE“Memorial” beynəlxalq cəmiyyəti müxalif siyasətçi Boris Nemtsovun qətlinin siyasi akt olduğunu elan edib. Musavat.com Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, qurumun hüquq müdafiəçiləri faciəyə görə Rusiya hakimiyyətinin birbaşa məsuliyyət daşıdığına qeyd ediblər.

“Son illər və aylar Rusiya hakimiyyəti və onun xidmətində duran KİV-lər istənilən yad fikirliyə qarşı nifrət atmosferi yaradıblar. Dövlət təbliğatı təkcə projektor kimi qatillər üçün hədəfləri “işıqlandırmır”, həm də onlarda cəzasızlıq hissi yaradır. Müxalifətçi və sadəcə, müstəqil ictimai-siyasi fəalları düşmən agentləri adlandırır, faktiki surətdə onları “icazə verilən” hədəflər elan edir. Bu gün hələ ki, biz icraçıların, təşkilatçıların və sifarişçilərin adlarını bilmirik. Ancaq əminliklə deyə bilərik: məhz Rusiya hakimiyyəti Boris Nemtsovun qətli üçün bütün şəraiti yaratmışdı”, - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, “Memorial” mütəxəssisləri zamanında 20 yanvar və Xocalı soyqırımı hadisələrini də kifayət qədər obyektiv təhlil edərək, onlara hüquqi-siyasi qiymət veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar