Rusiya ilə nüvə savaşı qorxusu

Rusiya Böyük Britaniya üçün təhlükəyə çevrilib və Britaniya özünü və müttəfiqlərini qorumaq üçün addımlar atmalıdır. Bu haqda Gizli Kəşfiyyat Xidməti "MI6"-nın sabiq başçısı Ser Con Sauers bildirib.

Bu yaxınlarda təqaüdə çıxan Sauers BBC Radio 4 Today proqramına bildirib ki, Rusiya "dövlətə təhlükə" yaradır.

Con qeyd edib ki, bu cür təhlükələrlə mübarizə aparmaq üçün müdafiəyə daha çox pul sərf olunmalıdır. Amma o, Rusiya ilə bağlı məsələlərin "artırılmış dialoq" vasitəsilə həll olunmasına çağırıb.

Rusiya birbaşa Birləşmiş Krallığa yox, ətrafındakı ölkələrə təhlükə yaradır, o deyib: "Rusiya təkrarən bizə xatırladır ki, onların nüvə silahları var. Rusiya ilə Amerikanın bərabər olduğu yeganə səviyyə, nüvə səviyyəsidir. Biz 1962-ci il Kuba raket böhranının təkrar olunmasını istəmirik ki, bu da bizi nüvə müharibəsinin həddinə çatdırsın. Biz bunu artırılmış dialoq vasitəsilə həll etməyə qadir olmalıyıq".(ANS PRESS)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar