Boris Nemtsovun həyatının son anları kameralarda - VİDEO

Moskvanın Qırmızı Meydanında yerləşən mərkəzi univermaqda quraşdırılmış müşahidə kameraları Boris Nemtsovun həyatının son anlarını qeydə alıb.

APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, Boris Nemtsov və Anna Duritskaya mərkəzi univermaqda yerləşən “Bosko-kafe”də fevralın 27-si saat 22.00-da görüş təyin ediblər. Onlar ticarət mərkəzinə müxtəlif girişdən daxil olduqdan sonra bir neçə dəqiqə telefonla danışaraq olduqları yeri müəyyən etməyə çalışıblar.

Boris Nemtsov təyin olunmuş məkana birinci gəlib və dayanmadan kafeyə daxil olub. Bir neçə dəqiqədən sonra kafeyə yaxınlaşan Anna Duritskaya bir anlıq dayanaraq ətrafa göz gəzdirib və sonra içəri keçib və onlar birgə şam ediblər. Beləliklə, Boris Nemtsov həyatının son 1,5 saatını Anna Duritskaya ilə birgə keçirib.

Kafenin bağlanmasına az qalmış cütlük 23.25-də bayıra çıxaraq “Vasilyevski enişi”nə doğru hərəkət edib və təxminən 10 dəqiqə “Böyük Moskvoretski” körpüsünə çatıb. Bundan təxminən 3 dəqiqə sonra qatil "Makarov" ehtimal olunan tapançadan Boris Nemtsova atəş açaraq qətlə yetirib. Açılan 6 güllədən dördü hədəfə dəyib. Nemtsov aldığı ağır güllə yaralarından hadisə yerindəcə keçinib. 23 yaşlı Anna Duritskaya xəsarət almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar