RUSİYA İLƏ MÜHARİBƏ OLACAQMI? - "Nəticə çıxarmağa tələsməyin"

Əksəriyyət tam əmindir ki, dünyanın ən güclü ordusuna malik olan ABŞ silahlı qüvvələri kimlərlə və nə zaman müharibə etmək məsələsinə özü qərar verir. Əfqanıstan və İrakda həyata keçirilən iki böyük müharibədən və Suriya hadisəsində iştirak etməmək qərarını verdikdən sonra amerikalılar belə bir fikrə gəliblər ki, digər ölkələr bizim hər hansı bir müharibəyə girib-girməməyimizi müzakirəyə çıxara bilərlər, ancaq bizə meydan oxumağa kimsə hazır deyil.

Rusiya ordusu Amerika ordusuna qarşı birbaşa hücum etməyə hazırdırmı?Çətin ki, onlar bunu düşünsünlər. Çünki ABŞ ordusu Rusiya ordusundan qat-qat güclüdür və Rusiyanın rəsmi nümayəndələri də bunu etiraf edirlər. Amma bütün bunlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putin öz hərəkətlərinə cavab olaraq, ABŞ-ın onlarla müharibə aparmayacağı məsələsini düzgün hesablayıb. Lakin bu, hələ o demək deyil ki, onun hesabları həmişə düz çıxacaq və Rusiya prezidenti günlərin bir günü müəyyən sərhəddən uzağa getmək fikrinə düşməyəcək.

Hazırda Qərb ölkələrinin əksəriyyəti sərt sanksiyalar barəsində danışırlar və belə güman edirlər ki, iqtisadi tədbirlər Moskvanı öz tutduğu kursundan döndərəcək və ya ona çox güclü iqtisadi zərbə vuraraq, məsələni hərbi münaqişə səviyyəsinə qədər yüksəltməyəcək. Lakin bu cür baxış elə bir yanlış təsəvvür yaradır ki, sanksiyalar sanki müharibəyə alternativdir. Bəziləri özlərinə təsəlli verərək bildirirlər ki, soyuq müharibə zamanı Amerika və Sovet İttifaqının birbaşa toqquşmasının qarşısını nüvə silahlarının mövcudluğu önləyib və nüvə arsenalı yenidən bu funksiyanı yerinə yetirəcək. Amma Barak Obama və Vladimir Putin nüvə silahından istifadə edəcəklərmi? Vacıb olan odur ki, Ukrayna uğrunda nüvə müharibəsinin aparılması məsələsində bir faktor kimi tərəflərdən hansısa geri çəkilməzsə, onda nüvə arsenalının mövcudluğu soyuq müharibədəki funksiyasını oynaya bilməyəcək. Çünki Moskva artıq nüvə silahı ilə güc nümayişinə çıxıb. Mümkün ola biləcək müharibədən qaçmaq, Amerikanın milli maraqlarını qorumaq və həmçinin də Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almaq üçün Obama administrasiyasının apardığı indiki siyasətə qətiyyən bənzəməyən yeni siyasət yürüdülməlidir.

ABŞ hakimiyyətinə bir tərəfdən qətiyyətli olmaq, digər tərəfdən isə təmkinli davranmaqla, təxribat arasında sərhəddin düzgün müəyyənləşdirilməsini bacarmaq çox vacibdir. Prezident Barak Obama tərəfindən ”Rusiyanın törədə biləcəyi gələcək gərginliyin qarşısının hərbi gücün köməyi ilə alınması mümkünsüzdür” bəyanatının səsləndirilməsi çox təhlükəli bir fikirdir. Ona görə ki, bu İkinci Dünya Müharibəsindən sonrakı Amerikan strategiyasının dayaqlarından biri olan dünyada baş verə biləcək potensial gərginliklərin hər bir mərhələsində ABŞ-ın üstün vəziyyətdə dayanması barəsindəki ideyadan imtina edilməsi mənasına gəlir.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar