Ukrayna Rusiyaya nota verdi

Ukrayna-bayraqUkrayna Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota göndərib. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, notada rəsmi Kiyev bu gün Moskvada Boris Nemtsovun anım marşında saxlanılan Ali Rada deputatı Aleksey Qonçarenkonun dərhal azad edilməsini tələb edib. Bu barədə XİN rəsmisi Yevgeni Perebiynisin açıqlamasında bildirilir.

“Biz bu gün Rusiya XİN-ə bizim xalq deputatımızın təcili azad edilməsi ilə bağlı nota göndərdik. Hazırda konsulumuzun Aleksey Qonçarenko ilə görüşünü gözləyirik” - əlavə edib Perebeynis.

Moskva polisi deputatın aksiyadan öncə saxlanıldığını təsdiqləyib. Onun vəkili Mark Feyqinin sözlərinə görə, Qonçarenko polis əməkdaşına müqavimət göstərməkdə təqsirli bilinir. Lakin Rusiya Federasiyası İstintaq Komitəsindən onun Odessadakı bu il mayın 2-də baş vermiş faciə ilə bağlı dindirildiyi qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar